1990-cı ildə Gəncə şəhərində anadan olub.
2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat fakültəsini bitirib. 2011/2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə magistratura təhsili alıb.
2013/2014–cü illərdə Çinin Anxoy Universitetində çin dili ixtisası üzrə təhsil alıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsində fərqli vəzifələrdə çalışıb.
2018-ci ilin fevral ayında Azərbaycan Texnologiya Universitetində Ümumi şöbənin, martın 28-də isə Elektron xidmətlər və informasiya şöbəsinin müdiri təyin olunub.
Şöbə aşağıdakı funksiyaları həyata keçirir
Elektron xidmətlərin təşkili və informasiya şöbəsi inzibati-idarəçilik strukturuna aid şöbələrdən biridir. Şöbə öz fəaliyyətində aidiyyəti qanunlar, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, Təhsil Nazirliyinin normativ aktları, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat”ı, Azərbaycan Texnologiya Universitetinin Nizamnaməsi əsasında fəaliyyət göstərir.