Keyfiyyətin təminatı mərkəzi

Əliyev Mətləb Oqtay oğlu

Keyfiyyətin təminatı mərkəzinin rəhbəri

(022) 257-29-70

[email protected]

13 aprel 1972-ci ildə Gəncə şəhərində anadan olub.

1995-ci il ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Mühasibat ucotu nəzarət və təsərrüfat fəaliyyətinin təhlili fakültəsinin mühasibat uçotu və maliyyə ixtisasını fərqlənmə ilə bitirib. 2015-ci ildən Azərbaycan Texnologiya Universitetində doktorantura təhsilinə başlayıb.

1989-1990-cı illərdə “Gəncə” İstehsalat birliyində, 1990-cı ildə “Sovet-Avstraliya” birgə müəssisəsində, 1995-2002-ci illərdə Gəncə “Gil torpaq” istehsalat birliyində mühasib, baş mühasib müavini, 2002-2013-cü illərdə Maliyyə Nazirliyinin Gəncə Şəhəri üzrə Maliyyə İdarəsində Xəzinə əməliyyat sektorunun baş məsləhətçisi, 2013-2015 – ci illərdə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 8 saylı Regional maliyyə müfəttişliyində aparıcı məsləhətçi-nəzarətçi müfəttiş vəzifələrində çalışıb. 

Azərbaycan Texnologiya Universitetində (UTECA) isə  2015-ci ildən iş fəaliyyətinə başlayıb. UTECA-da bir il ərzində baş mühasib, eyni zamanda Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində rəis vəzifələrində işləyib. 2017-ci ildən 2021-ci ilin 21 yanvar tarixinədək UTECA-da Daxili audit vəzifəsində çalışıb. 2021-ci ilin 2 fevralından isə Texnologiya Universitetinin Keyfiyyətin Təminatı və Audit şöbəsinin müdiri vəzifəsinə təyin edilib.