Elmi katib

Qurbanova Sevda Oktay

Elmi katib

022-257-00-46

[email protected]

Qurbanova Sevda Oktay qızı 1973-cü il aprelin 1-də Xanlar rayonu Zazalı kəndində ziyalı ailəsində anadan olub. 1980-ci ildə Gəncə şəhəri 14 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. 1990-cı ildə həmin məktəbin 11-ci sinfini qızıl medalla bitirib. Həmin il H.Zərdabi adına GDPİ-nun "Biologiya və məktəbəqədər" fakültəsinin Biologiya və kimya ixtisasının I kursuna qəbul olub.

1995-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib. 1996-cı ildən Azərbaycan Texnologiya Universitetinin "Biokimya" kafedrasında laborant vəzifəsinə qəbul olub. 2002-ci ildən "İnzibati idarəetmə" kafedrasında baş laborant vəzifəsində işləyib. 2013-cü ildə 3309.01 - Qida məhsullarının texnologiyası ixtisasında fəlsəfə doktoru üzrə doktoranturaya qəbul olub. 2014-cü ildən "İnzibati idarəetmə" kafedrasında assistent vəzifəsində çalışıb. 2018-ci ildə Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2022-ci ildən Azərbaycan Texnologiya Universitetinin Elmi katib vəzifəsində çalışır.

Ailəlidir. Üç övladı var.