4 yanvar 1956-cı ildə Gəncə şəhərində anadan olub.
1978-ci ildə Azərbaycan Politexnik İnstitunun Kirovabad filialının yeyinti sənayesinin maşınları və aparatları ixtisasını bitirib.
1980-1983 cü illərdə müxtəlif sənaye müəssisələrində iqtisadçı və mühəndis vəzifələrində çalışıb. 1983-cü ilin may ayından Azərbaycan Texnologiya Universitetində baş laborant, assistent, baş müəllim, Həmkarlar İttifaqının sədri vəzifələrində çalışıb. 2017-ci ilin iyul ayından rektor məsləhətçisi vəzifəsinə təyin edilib.