Hərbi səfərbərlik şöbəsi

Hüseynova Mərziyə Abbas qızı

Hərbi səfərbərlik şöbəsinin müdiri

(022) 257 08 82

[email protected]

 

1953-cü ildə Gəncə şəhərində anadan olub.

1980-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 2000-ci ildə Moskva Dövlət Açıq Universitetinin Hüquqşünaslıq fakültəsinə qəbul olub.

1979-cu ildən Azərbaycan Texnologiya Universitetində işləyir. 1995-ci ilin sentyabrından Hərbi səfərbərlik şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Hərbi  səfərbərlik  şöbəsinin funksiyalarına aşağıdakılar daxildir

  • Çağırışçı  tələbələrin  uçotu, əyani  şöbədə təhsil alanların bronlaşdırılması, Respublika  Hərbi  Komissarlığı  ilə  çağırışçılar haqqında  müntəzəm  yazışmalar
  • İşləyən hərbi  mükəlləfiyyətlilər  və  çağırışçı-tələbələr haqqında müvafiq  hesabatların  hazırlanması
  • Əyani  şöbədə təhsil alan çağırışçı-tələbələr  haqqında  qeydiyyat üzrə Azərbaycan  Respublikasının  Çağırış  üzrə  Dövlət Xidmətlərinə  Forma-10  arayışlarının göndərilməsi
  • Tələbələrə  Çağırış  üzrə  Dövlət  Xidmətinin  şəhər-rayon idarə və şöbələrinə, eləcə də digər qurumlara təqdim  etmək  üçün  arayışların  verilməsi
  • Professor-müəllim  heyətinin  və texniki  əməkdaşların  uçotu
  • Təxsislənmiş  hərbi  mükəlləfiyyətlilərin  qeydiyyatının  aparılması və hər il Çağırış  üzrə  Dövlət  Xidmətinin  şəhər-rayon idarə və şöbələrinə qeydiyyat üzrə tutuşdurmaq üçün hərbi  uçot  vərəqələrinin göndərilməsi
  • İşə  qəbul  olunan  vətəndaşların (kişilər) hərbi  səfərbərlik  şöbəsində  qeydiyyat yoxlaması, T-2  vərəqələrinin  doldurululması və yaşayış yeri üzrə hərbi  səfərbərlik  idarələrinə  göndərilməsi.