İnzibati və təsərrüfat işləri üzrə prorektor

Tağıyev Adil Arif oğlu

İnzibati və təsərrüfat işləri üzrə prorektor

(022) 257-29-75

a.tagiyev@uteca.edu.az

03 iyul 1967-ci ildə Gəncə şəhərində anadan olub.

1985-ci ildə Azərbaycan Texnologiya İnstitutunun Yüngül sənaye fakültəsinin Gön-dəri məmulatlarının texnologiyası ixtisasına qəbul olub. 1992-ci ildə ali təhsilini başa vuraraq mühəndis-texnoloq ixtisasına yiyələnib.

1992/1996-cı illərdə Bakı şəhərində yerləşən Suraxanı Gön-xırdavat fabrikində texnoloq işləyib. 1996/2005-ci illərdə “Azersun” Holdinqdə çalışıb. 2005/2013-cü illərdə biznes fəaliyyəti ilə məşğul olub. 2009/2013-cü illərdə “Kəpəz” PFK-nın direktoru vəzifəsində çalışıb. 2013-2016-cı illərdə tikinti sektorunda müxtəlif vəzifələrdə çalışıb. 2016-cı ilin yanvar ayında Azərbaycan Texnologiya Universitetində inzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə təyin olunub.