Tədris işləri üzrə prorektor

İsmayılov Vüqar Ağamusa oğlu

Tədris işləri üzrə prorektor

(022)257 65 48

[email protected]

5 dekabr 1979-cu ildə Göyçay rayonunda anadan olub. Bakı Dövlət Universitetində 2001-ci ildə Politologiya ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə isə İdarəetmənin Sosiologiyası ixtisası üzrə magistr dərəcəsi ilə məzun olub. 2013-cü ildə AMEA-nın İqtisadiyyat İnstitutunda dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2017-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə İnzibati idarəetmə kafedrası üzrə dosent elmi adı alıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində “Azərbaycanda istehlak bazarının dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda iqtisadiyyat üzrəelmlər doktorluğu dissertasiyası üzərində araşdırma aparır. 2018-ci ilin yanvar ayında Tibilisi Açıq Universitetinin iqtisadiyyat sahəsi üzrə fəxri professoru adına layiq görülüb. Müxtəlif vaxtlarda Polşada, İngiltərədə, Litvada, İsveçdə, İspanyada, Türkiyədə və Gürcüstanda təlimlərdə və konfranslarda iştirak edib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 1 övladı var. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan zabitidir.

2011/2015-ci illərdə ali təhsil müəssisələrində müəllim, baş müəllim, şöbə müdiri vəzifələrində çalışıb. Elmi araşdırmalar yönündə fəaliyyət göstərən ictimai təşkilatlarda aparıcı vəzifələr tutub. 2015-ci il avqust ayının 5-dən Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində və eyni zamanda Marketinq kafedrasının əvəzçiliklə dosenti vəzifəsində çalışır. Bu zamana qədər Makroiqtisadiyyat, Mikroiqtisadiyyat, İstehlakçı davranışı, Elmi Araşdırma metodları, Marketinq strategiyası, Sosiologiya fənnlərini tədris edib və hazırda MBA Magistr tələbələrinə Marketinq strategiyası fənnini ingilis dilində tədris edir. Təhsil Nazirliyinində partnyor olduğu beynəxalq Erasmus+EQAC (Establishing Quality Assurance Centres at Azerbaijan HEİs) və Erasmus+CRENG (Crisis and Risk Engineering for Transport Services) layihələrində aktiv şəkildə iştirak edir. 

40-dan çox elmi məqalə, 1 dərslik, 10 dərs proqramı və 12 dərs vəsaiti və 1 monoqrafiyanın müəllifidir.