İdman klubu

Nəbiyev Niyazi Natiq

İdman klubu rəhbəri

Azərbaycan Texnologiya Universitetinin idman klubunda 7 idman növü üzrə həm qız, həm də oğlan tələbələrə məşqlər keçirilir. Bunlar futbol, basketbol, voleybol, şahmat, dama, stolüstü tennis və atletikadır. 

İdman zalında böyük futbol, voleybol və basketbol meydanı ilə yanaşı bilyard zalı, trenajor otağı və stolüstü tennis otağı var. 

Klubda 3 mütəxəssis, operator və klub rəhbəri çalışır.

İdman klubu hər il ənənəvi olaraq silsilə yarışlar təşkil edir. Fevral ayından isə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar  təşkil olunan universitetlər arasında spartakiada təşkil olunur. Bundan başqa UTECA komandaları respublika səviyyəli yarışlarda iştirak edir.