Həsənov Şahmar Umud oğlu 1981-ci il 17 iyunda Gəncə şəhərində anadan olub.
1999-cu ildə Gəncə Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsinə daxil olub. 2003-cü ildə GDU Tarix fakültəsinin magistratura pilləsinə daxil olub. 2005-ci ildə magistraturanı bitirərək hərbi xidmətə yollanıb.
Azərbaycan Texnologiya Universitetində İctimai elmlər və multikulturalizm kafedrasında tarix müəllimi olaraq fəaliyyət göstərib. Hal-hazırda Azərbaycan Texnologiya Universitetində sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir vəzifəsində çalışır.