28 sentyabr 1973-cü ildə Qazax rayonunda anadan olub.
1996-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsini bitirib,1997-1998-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının aspiranturasında təhsil alıb.
2001-2003-cü illərdə “Gəncə Nicat FR” müstəqil müəssisəsində tədris hissə rəhbəri işləyib. 2005-2017-ci illərdə müxtəlif strukturlarda fəaliyyət göstərib. 2018-ci ildən Azərbaycan Texnologiya Universitetində ümumi işlər üzrə prorektor vəzifəsinə təyin olunub.