Magistratura və doktorantura şöbəsi

Əfəndiyev Sadiq Qəhrəman oğlu

Magistratura və doktorantura şöbəsinin müdiri

(022)257 08 83

efendiyev@uteca.edu.az

14 sentyabr 1978-ci ildə Qəbələ rayonunda anadan olub.

1999-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və SənayeUniversiteti) Mühəndis iqtisadiyyatı və idarə edilməsi fakültəsini bitirib. 2011-ci ildə Azərbaycan Texnologiya Universitetini istehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. 2011-2014-cü illərdə Azərbaycan Texnologiya Universitetində müəssisələrin təşkili və idarə edilməsi ixtisaslaşması üzrə doktorantura təhsili alıb.

1999-2013-cü illərdə ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub. 2014/2015-ci illərdə elm və təhsil sahəsi üzrə fəaliyyət göstərən ictimai birliklərdə çalışıb. 2015-ci ildən Azərbaycan Texnologiya Universitetində elmi-pedoqoji fəaliyyətini davam etdirməklə yanaşı Tədris şöbəsində inspektor, Gənc müəllimlərin yetişdirilməsi bölməsinin rəhbəri vəzifələrində çalışıb. Hazırda Magistratura və doktorantura şöbəsinin müdiridir.

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabitidir.