Elektron xidmətlər və informasiya şöbəsi

Ağayev Nicat Qabil oğlu

Elektron xidmətlər və informasiya şöbəsinin müdiri

(022) 257 08 81

n.agayev@uteca.edu.az

1990-cı ildə Gəncə şəhərində anadan olub.

2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat fakültəsini bitirib. 2011/2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə magistratura təhsili alıb.

2013/2014–cü illərdə Çinin Anxoy Universitetində çin dili ixtisası üzrə təhsil alıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsində fərqli vəzifələrdə çalışıb.

2018-ci ilin fevral ayında Azərbaycan Texnologiya Universitetində Ümumi şöbənin, martın 28-də isə Elektron xidmətlər və informasiya şöbəsinin müdiri təyin olunub.

 

Şöbə aşağıdakı funksiyaları həyata keçirir:

· UTECA-nın çox səviyyəli telekomunikasiya şəbəkəsinin, aktiv və passiv qurğularının səmərəli və keyfiyyətli işləməsinin təmin edilməsi və monitorinqininin həyata keçirilməsi

· Tələb olunan səviyyədə informasiya təhlükəsizliyinin təmin edilməsi

· Kompyuterlər, proqram təminatı və əlaqə vasitələri üçün informasiya və texniki dəstəyin göstərilməsi

· Rektoryanı şuranın iclaslarının təşkil olunması

· Universitetə ünvanlanmış xidməti sənədlərin, vətəndaşların müraciətlərinin və başqa korrespondensiyaların qəbul edilməsi, qeydiyyatdan keçirilməsi, sonra tanış olması üçün rektora təqdim edilməsi

· Sənədlərin icra müddətinə, tələblərə uyğun tərtibinə və arxivləşdirilməsinə nəzarət 

· Xidməti zərurətlə əlaqədar sənədlərdən istifadəni təmin etmək 

· Kargüzarlığın və sənəd dövriyyəsinin müntəzəm surətdə təkmilləşdirilməsi və avtomatlaşdırılması məqsədilə UTECA-nın bütün fəaliyyət sahələrində kargüzarlıq işinə metodiki rəhbərlik, kargüzarlığı aparan işçilərin peşə hazırlığının artırılması 

· Elektron sənəd dövriyyəsi sisteminin qurulması, təşkili və fəaliyyətini həyata keçirilməsi

Elektron xidmətlərin təşkili və informasiya şöbəsi  inzibati-idarəçilik strukturuna aid şöbələrdən biridir. Şöbə öz fəaliyyətində aidiyyəti qanunlar,  o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, Təhsil Nazirliyinin normativ aktları, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat”ı, Azərbaycan Texnologiya Universitetinin Nizamnaməsi əsasında fəaliyyət göstərir.