Kimya mühəndisliyi

Əlbəndov Ələmdar Aslan oğlu

Kafedra müdiri

022xxxxxxx

e.elbendov@uteca.edu.az

       Kafedranın professor-müəllim heyəti


       Elmi nəşrlər və dərsliklərin sayı

  • 9 dərslik
  • 24 məqalə (6 beynəlxalq, 18 yerli)
  • 27 proqram  


       Tədris olunan fənnlər

  • Ümümi və qeyri-üzvi kimya 1-2 (bakalavr pilləsi)  
  • Kimya 1-2
  • Analitik kimya 1-2
  • Fiziki kimya 1-2
  • Üzvi kimya 1-2
  • Ümumi kimya texnologiyası
  • Qeyri-üzvi maddələrin kimyəvi texnologiyası
  • Zərif üzvi sintezin prinsipləri
  • Yüksək molekullu birləşmələrin təkrar emalı və modifikasiyası
  • Yüksək molekullu birləşmələr əsasında kompozisiya materialları
  • Yüksək molekullu birləşmələrin emalı və texnologiyası
  • Yüksək molekullu birləşmələrin fizikası və kimyası
  • Kimya sənayesinin proses və aparatları 1-2
  • Əmtəə neft kimya məhsulları
  • Alternativ yanacaqların alınma texnologiyası
  • Ətraf mühitin kimyası
  • Kolloid kimya
  • Polimer və polimer materiallarının istifadəsi və tətbiqi
  • Metallurgiyada analitik nəzarət və metrologiya
  • Kimyəvi kibernetika
  • Metalların karroziyası və müdafiəsi
  • Kristalloqrafiya və rentgenoqrafiya

  • Kimya mühəndisliyinin müasir problemləri (magistr pilləsi)
  • Kimya mühəndisliyinin tarixi və metodologiyası 
  • Elmi tədqiqat işinin əsasları
  • Polimerlərin sintezinin müasir  texnologiyası
  • Polimer oliqomer qarışıqları əsasında kompozisiyalar 
  • Polimerlərin çevrilmə əsasları
  • Polimerlərin modifikasiyasının fiziki və kimyəvi əsasları 
  • Polimer qarışıqlarının alınma texnologiyası 
  • Xüsusi təyinatlı polimerlərin sintezi və tətbiqi

 

Rektora müraciət

Rektora müraciət yaza bilərsiniz.

nəfər rektorun qəbulunda olmaq üçün gözləyir

0 nəfər qəbulda olub.

ELANLAR

Kadr hazırlığı

Bakalavr təhsil pilləsində

Kimya mühəndisliyi materilların kimyəvi strukturlarının, enerji məzmunlarının və ya fiziki hallarının dəyişməyə uğradığı proseslərin inkişaf etdirilməsi və tətbiqi ilə maraqlanan geniş və çox yönlü mühəndislik sahəsidir. Məzunun işləyə biləcəyi yerlər neft sənayesi, kimya sənayesi və bununla bağlı olan biotexnologiya, farmakalogiya, nanokimya, nanokimyəvi texnologiya, dağ-mədən sənayesi, şərabçılıq zavodları və s. dir.


Magistr təhsil pilləsində

Polimer materiallarının kimyəvi texnologiyası kursunun məqsədi universitet tələbələrini polimerlər haqqında elmin əsasları ilə tanış etməkdir. Fundamental elmi fənn kimi Polimer materiallarının kimyəvi texnologiyası kursunun formalaşmasının əsasını maddələrin xüsusi forması olan polimer halının mövcudluğu təşkil edir. Ona görə də fənnin tədrisində polimer materialların kiçik molekullu birləşmələrdən fərqlənən xassələrinin təsvirinə daha çox diqqət verilib. Böyük ölçülərə və zəncir quruluşuna malik olmaları polimerlərdə kiçik molekullu birləşmələr üçün xas olmayan bir sıra spesifik xüsusiyyətlərin meydana çıxmasına səbəb olur. Digər tərəfdən polimerlərin sintezi və kimyəvi çevrilmələri adi kimyəvi reaksiyalarda həyata keçirilsə də, bu reaksiyalarda makromolekul, makroradikal və makroionların iştirakı onlara fərqlixüsusiyyətlər verir. Polimer materiallarının kimyəvi texnologiyası kursu üzrə oxunan mühazirələrlə yanaşı tələbələrin bu kurs üzrə laboratoriya işlərini yerinə yetirmələri də nəzərdə tutulur. Praktiki işlər kursun demək olar ki, bütün bölmələrini əhatə etməlidir. Bu isə tələbələrə mühazirə  dərslərində eşitdikləri nəzəri məsələlərin möhkəmlənməsinə kömək edir. Tələbələrə aşılanan biliklərin qiymətləndirilməsi zamanı yazılı imtahan üsulundan istifadə edilir. Məzunun işləyə biləcəyi yerlər neft sənayesi, kimya sənayesi və bununla bağlı olan biotexnologiya, farmakalogiya, nanokimya, nanokimyəvi texnologiya, dağ-mədən sənayesi, şərabçılıq zavodları və s. dir.