Tələbə Gənclər Təşkilatı

Hüseynli İsmayıl Malik oğlu

TGT-nin sədri

+994 xx xxx xx xx

i.huseynli@uteca.edu.az

19 oktyabr 1998-ci ildə Goranboy rayonunda anadan olub.

2015-ci ildə Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin muhasibat uçotu və audit ixtisasına qəbul olub. I kursdan fəal tələbələr sırasına qoşularaq ictimai fəaliyyətə başlayıb. 2016-cı ildə keçirilən “Gəncə 2016 AGP” layihəsi üzrə şəhər birincisi, Azərbaycan Dövlət Pedoqoji universitetində keçirilən Nə? Harada? Nə zaman? Intellektual oyunu üzrə respublika üçüncüsü olub. “Təhsil Avtobusu” yay məktəbinin, Dünya Bankı tərəfindən keçirilən “Maliyyə savadlılığın artırılması” layihəsinin, “Canadian Consulting” şirkəti ilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən birgə keçirilən “Kənd İnvestisiya” layihəsinin iştirakçısı olub, Beynəlxalq Təlim və Layihə  Mərkəzinin “Cisco İT Essential” kurslarını müvəffəqiyyətlə başa vurub. Azərbaycan Texnologiya Universitetində yaradılan “Port Of Baku” komandasının üzvüdür. Bir sıra şəhər və dövlət səviyyəli tədbirlərdə Təşəkkürnamə və Fəxri Fərmanla təltif edilib. 2017-ci ildən Azərbaycan Texnologiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədri vəzifəsini icra edir. 

Rektora müraciət

Rektora müraciət yaza bilərsiniz.

nəfər rektorun qəbulunda olmaq üçün gözləyir

0 nəfər qəbulda olub.

ELANLAR

Tələbə Gənclər Təşkilatının əsas vəzifələri