Bakalavr təhsil pilləsində
Çoxişlənən malların texnologiyası mühəndisliyi. Bu ixtisasın “Pambığın ilkin emalı və əyiricilik texnologiyası”, “Toxuculuğun texnologiyası”, “Tikiş məmulatlarının texnologiyası”, “Tikiş məmulatlarının konstruksiya edilməsi”, “Trikotajın texnologiyası”, “Yüngül sənaye istehsalatının maşın və avadanlıqları” ixtisaslaşmaları üzrə kadrlar hazırlanır. Çoxişlənən malların texnologiyası mühəndisləri, modalar evlərində konstruktor-modelyer, xalçaçılıq istehsalı müəssisələrində (emalatxanalarında), pambığın, baramaçılığın və yunun ilkin emal zavodlarında və digər xalq istehlakı malları istehsal edən müəssisələrdə işləyə bilərlər. Bundan başqa bələdiyyə, özəl müəssisələrdə biznes-sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. Ali təhsilli mühəndislər həmçinin dövlət qulluğu fəaliyyəti də göstərə bilərlər. Yaradıcılıqla bağlı özəl dövlət və bələdiyyə müəsisələrinə rəhbərlik edə bilərlər. Onlar keyfiyyət eksperti, gömrük ekspertizası, əmtəəşünas kimi də iş karyera qura bilərlər. Elmi-tədqiqat, laborator-yoxlama və digər sahələrdə çalışa bilərlər. Orta-ixtisas müəssisələrində müəllim kimi (peşə təlimi, texnologiya fənni üzrə) işləyə bilərlər.
Dizayn. Bu istiqamət üzrə bakalavr fəaliyyətinin obyekti dizaynın bir çox sahələri - tekstil məmulatlarınin dizaynı, kostyumun dizaynı, interyer və avadanlıqların dizaynı, sənaye məhsulları və qablaşdırma dizaynı, reklam dizaynı və digərləri ola bilər. Dizaynerlər, modalar evlərində modelyer rəssam, xalçaçılıq istehsalı müəssisələrində (emalatxanalarında) tərtibçi-modelyer, reklam fəaliyyətində interyer dizayneri və digər xalq istehlakı malları istehsal edən müəssisələrdə işləyə bilərlər. Bundan başqa bələdiyyə, fərdi və xüsusi müəssisələrdə sahibkarlıq-biznes fəaliyyəti ilə məşğul ola bilərlər. Ali təhsilli mütəxəssis olan mühəndislər həmçinin dövlət qulluğu fəaliyyəti də göstərə bilərlər.
Magistr təhsil pilləsində
İstehlak mallarının keyfiyyət ekspertizası. Bu ixtisaslaşmanın məzunları tam yetkin mütəxəssis, rəhbər kadr kimi karyera qura, bundan başqa dövlət və bələdiyyə məmuru kimi fəaliyyət göstərə bilərlər. İxtisasın məzunları həmçinin keyfiyyət eksperti, əmtəəşünas kimi, elmi-tədqiqat, laborator-yoxlama və digər sahələrdə çalışa bilərlər. Eyni zamanda ali təhsil müəssisələrində müəllim kimi işləyə bilərlər.
Dizayn. Bu ixtisaslaşmanın məzunları tam yetkin mütəxəssis, rəhbər kadr kimi karyera qura, bundan başqa yaradıcılıqla bağlı özəl, dövlət və bələdiyyə müəssisələrinə rəhbərlik edə bilərlər. İxtisasın məzunları həmçinin eyni zamanda orta-ixtisas (peşə təlimi, rəsm) və ali təhsil müəssisələrində müəllim kimi işləyə bilərlər.