Keyfiyyətin Təminatı Mərkəzi

İlyasov Asiman Rasim oğlu

Keyfiyyətin Təminatı Mərkəzinin müdiri

050xxxxxxx

a.ilyasov@uteca.edu.az

15 fevral 1992 – ci ildə Naxçıvanda anadan olub. 2010/2015–ci illərdə Bakı Mühəndislik Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində sənayenin təşkili və idarə olunması (ingilis dili) ixtisasının bakalavr pilləsini başa vurub. 2018-ci ildə Azərbaycan Texnologiya Universitetinin  istehsalat sahələrinin iqtisadiyyatı və idarəolunması ixtisasının magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2019-cu ildə Azərbaycan Texnologiya Universitetinin müəssisələrin təşkili və idarə olunması ixtisası üzrə doktorantura pilləsinə qəbul olub.  ERASMUS+, EQAC (Azərbaycan Universitetlərində Keyfiyyətin Təminatı Mərkəzlərinin Qurulması) layihəsinin universitet üzrə meneceridir. 2 dərs vəsaitinin (Mikroiqtisadiyyat və Makroiqtisadiyyat) və 4 fənn proqramının müəllifidir.
Azərbaycan Texnologiya Universitetində 2015/2016– ci illərdə  Əlavə təhsil bölməsinin rəhbəri, 2016/2017– ci illərdə Gənc müəllimlərin təkmilləşdirilməsi bölməsinin rəhbəri, 2017/2018-ci illərdə İnsan Resurslarının Təlimi və İnkişafı şöbəsinin müdiri vəzifələrini icra edib2018-ci il iyul ayının 4-dən etibarən Keyfiyyətin təminatı şöbəsinin müdiri vəzifəsində çalışır.

Rektora müraciət

Rektora müraciət yaza bilərsiniz.

nəfər rektorun qəbulunda olmaq üçün gözləyir

0 nəfər qəbulda olub.

ELANLAR

Şöbənin əsas funksiyaları

  • Tədrisin keyfiyyətinin yüksəldilməsi və inkişaf konsepsiyalarının həyata keçirilməsi üzrə təkliflər hazırlayır
  • Tədris-metodiki işin məzmunu, forma və metodlarının təkmilləşdirilməsi sahəsində metodiki tövsiyələrin işlənməsi və tədris prosesi ilə bağlı metodiki materialların keyfiyyətinə nəzarət edir
  • Bakalvr və magistrların biliyinin attestasiyasının yeni metod və üsulları haqqında təkliflərin hazırlanması, testlərin keyfiyyətinin artırılması istiqamətində tədbirləri davam etdirir
  • Bakalvr və magistrların biliyinin attestasiyasını və nəticələrlə əlaqədar apellyasiya prosesini təmin etməklə universitet rəhbərliyinə kollokvium və imtahanların keçirilməsi ilə bağlı mütəmadi məlumat və hesabatlar təqdim edir, semestr imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparır və tədrisin təkmilləşdirilməsi haqqında müvafiq strukturlara təkliflər verir
  • Tədris prosesinin müasir tələblərə uyğun, interaktiv metodlarla  təşkili və keçirilməsinə və “Elektron universitet”in tələbləri istiqamətində qurulmasına nəzarətin gücləndirilməsini həyata keçirir
  • Tədris prosesinin təşkilinə dair təlimlər, seminarlar planlaşdırır və həyata keçirir
  • Təlim resurslarını ehtiyaclara görə planlaşdırır
  • Təhsilin keyfiyyəti siyasətini yerinə yetirir, nəzarət və yoxlanılması metodlarını müəyyənləşdirir
  • Tədrisin keyfiyyətinin elm və texnikanın müasir inkişaf səviyyəsinə, daxili və xarici bazarın tələbatına uyğun olması (beynəlxalq standartlara uyğunlaşdırılması) üçün tədbirlər həyata keçirir
  • Keyfiyyət menecmenti sisteminin standartının şərtlərinin yerinə yetirilməsi üçün zəruri olan proseslərin yaradılmasını, tətbiqini və davam etməsini təmin edir
  • Fakültələrdə tədrisin keyfiyyətini artırmaq üçün semester ərzində tələbələrlə ən azı bir dəfə görüşərək onları narahat edən məsələlər barədə bir başa işçi heyətinə çatdırmağa həvəsləndirir
  • Şöbəsi akademik struktur bölmələrlə birgə UTECA-da tədqiqatlar, təhsil, tədris və tələbələrin öyrənmə təcrübəsinin keyfiyyəti və standartları ilə əlaqəli siyasətin inkişafına və işlə bağlı proseslərə cavabdehlik daşıyır
  • Fənlər üzrə sillabuslarının, tədris vəsaitlərinin, təqdimatların, qiymətləndirmə materiallarının bazasının yaradılmasını təmin edir
  • Fənlər üzrə sillabuslarının, tədris vəsaitlərinin, təqdimatların, qiymətləndirmə materiallarının müasir standartlara uyğunluğunu yoxlayır və sillabus mövzularının müasirləşdirilməsi ilə əlaqədar təkliflər hazırlayır
  • Təhsilin keyfiyyətinin artırılması, elm və texnikanın müasir inkişaf səviyyəsinə, daxili və xarici bazarın tələbatına uyğun olmasınının təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsini təmin edir