Marketinq

Urkayev Məmməd Hacıyov oğlu

Kafedra müdiri

(022)257 38 69

m.urkayev@uteca.edu.az

        Kafedranın professor və müəllim heyəti

       Elmi nəşrlər və dərsliklərin sayı

  • 156 məqalə
  • 7 metodiki göstəriş
  • 8 dərs vəsaiti 

       Tədris olunan fənlər

  • Audit (bakalavr pilləsi) 
  • Bank marketinqi
  • Beynəlxalq marketinq
  • İdarəetmə uçotu
  • İdarəetmə təhlili
  • İqtisadi təhlil 
  • İstehsalın təşkili
  • İstehsal sahələrininmarketinq
  • İstehlak mallarının marketinqi
  • İstehsalın iqtisadiyyatı, menecment və marketinq
  • Kommersiya işi
  • Kommersiya fəaliyyətinin əsasları
  • Qiymətin yaranması və konyunktura
  • Logistika
  • Maliyyə uçotu
  • Maliyyə təhlili
  • Maliyyə hesabatlarının beynəlxalq standartları
  • Marketinq
  • Marketinqdə məhsul siyasəti
  • Marketinq tədqiqatları
  • Marketinqin idarə edilməsi
  • Marketinq kommunikasiya sistemi
  • Mühasibat uçotu 
  • Mühasibat uçotu və audit
  • Nəqliyyat müəssisələrinin təsərrüfat fəaliyyətinin təhlili
  • Reklam fəaliyyəti
  • Maliyyə hesabatlarının təhlili
  • Mühasibat uçotunun təşkili

  • Beynəlxalq biznesdə marketinq (magistr pilləsi)
  • Birja işi
  • Fəaliyyət sahələri və sferalarında marketinq
  • Marketinq strategiyası
  • İqtisadi proqnozlaşdırma
  • İnformasiya iqtisadiyyatı
  • İstehlakçı davranışı
  • Kiçik biznesdə marketinq
  • Marketinqin tarixivəmetodologiyası
  • Marketinqin müasir problemləri
  • Marketinq menecment
  • Marketinq tədqiqatlarının aparılmasının üsul və vasitələri
  • Turizmdə marketinqdən istifadə problemləri

Rektora müraciət

Rektora müraciət yaza bilərsiniz.

nəfər rektorun qəbulunda olmaq üçün gözləyir

0 nəfər qəbulda olub.

ELANLAR

Kadr hazırlığı

Bakalavr təhsil pilləsində

Marketinq. Müasir bazar münasibətlərində müəssisələrin təsərrüfat fəaliyyətinin təşkili və idarə edilməsini yalnız marketinq konsepsiyasının elmi-nəzəri, metodoloji və praktiki müddəalarının tətbiqi yolu ilə həyata keçirmək mümkündür. Marketinq üzrə bakalavr dərəcəsi müxtəlif növlü məhsul və xidmət istehsalçılarının və milyonlarla istehlakçıların fayda və səmərəliliyinin əldə edilməsi üçün tədqiqatların aparılmasını zəruri edən tədris proqramıdır. Proqram çərçivəsində tələbələr, istehsal olunan məhsulun və göstərilən xidmətin satışı üçün əlverişli zəmin yaratmaq, onları keyfiyyət standartlarına uyğunlaşdırmaq, istehsal həcmini bilavasitə alıcıların tələbatlarına müvafiq həyata keçirmək, səmərəli və etibarlı paylama kanallarından istifadə etmək, bazar rəqabətinə davam gətirə bilən marketinq strategiyaları hazırlamaq, əlverişli marketinq kommunikasiyalarını tətbiq etmək, uğur gətirən qiymət siyasətindən bəhrələnmək, tez-tez dəyişən bazar mühitini kompleks təhlil etmək və proqnozlaşdırmaq istiqamətində nəzəri və praktiki biliklər əldə edirlər. Dərəcə əldə etmək üçün tələbələr diplom qabağı təcrübə keçməli və ixtisasına müvafiq buraxılış işini müdafiə etməlidirlər. Proqramı müvəffəqiyyətlə mənimsəyən məzunlar Gömrük Komitəsində, logistik mərkəzlərdə, dəniz ticarət limanında, sənaye müəssisələrində, müasir iri anbarlarda, məhsulların daşınması, qablaşdırılması, nəql edilməsi və s. üzrə müəssisə və və təşkilatlarda fəaliyyət göstərə bilərlər.


Mühasibat uçotu və audit. Mühasibat uçotu üzrə bakalavr dərəcəsi müəssisə və təşkilatlarda baş verən təsərrüfat hadisələrini – əsas vəsaitlərin, maddi dəyərlərin alınmasını, onların köməyi ilə məhsul istehsal olunmasını, istehsalla bağlı məsrəflərin çəkilməsini, işçilərə əmək haqqı, məzuniyyət və s. ödənişlərin hesablanması, satış prosesində əldə edilən gəlirin müəyyən edilməsi, həmin gəlirdən vergilərin tutulmasını və s. öyrənən tədris proqramıdır. Proqram çərçivəsində tələbələr mühasibat balansı, hesablar sistemi, ikili yazılış, ilkin müşahidə və sənədləşdirmə, əmlak və öhdəliklərin inventarlaşması, əsas təsərrüfat faktlarının uçotu və s. istiqamətdə nəzəri və praktikibiliklər əldə edirlər. Eləcə də bazar situasiyası və onun meylləri, uçotun yaxşılaşdırılması üzrə düzgün qərarlar qəbulu, təsərrüfat fəaliyyəti nəticələrinin qiymətləndirilməsi üçün balans və hesabatın tərtibi məsələləri öyrənilir. Dərəcə əldə etmək üçün tələbələr diplom qabağı təcrübə keçməli və buraxılış işi müdafiə etməlidirlər. Proqramı müvəffəqiyyətlə bitirən məzunlar iqtisadiyyatın istənilən sahələrinin müəssisə və təşkilatlarında fəaliyyət göstərə bilərlər.


Magistr təhsil pilləsində aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır

Marketinq. Müasir bazar münasibətlərində müəssisələrin təsərrüfatfəaliyyətinin təşkili və idarəedilməsi yalnız marketinq konsepsiyasınınelmi-nəzəri, metodoloji və praktiki müddəalarının tətbiq edilməsi yolu iləhəyata keçirmək mümkündür. Marketinq üzrə bakalavr dərəcəsi müxtəlif növlüməhsul və xidmət istehsalçılarının və milyonlarla istehlakçıların fayda vəsəmərəliliyinin əldə edilməsi üçün tədqiqatların aparılmasını zəruri edəntədris proqramıdır. Proqram çərçivəsində tələbələr, istehsal olunan məhsulun vəgöstərilən xidmətin satışı üçün əlverişli zəmin yaratmaq, onları keyfiyyətstandartlarına uyğunlaşdırmaq, istehsal həcmini bilavasitə alıcılarıntələbatlarına müvafiq həyata keçirmək, səmərəli və etibarlı paylamakanallarından istifadə etmək, bazar rəqabətinə davam gətirə bilən marketinqstrategiyaları hazırlamaq, əlverişli marketinq kommunikasiyalarını tətbiqetmək, uğur gətirən qiymət siyasətindən bəhrələnmək, tez-tez dəyişən bazarmühitini kompleks təhlil etmək və proqnozlaşdırmaq istiqamətində nəzəri və praktikibiliklər əldə edirlər.Dərəcə əldəetmək üçün magistrlər elmi-pedoqoji və elmi-tədqiqat təcrübəsi keçməlivə magistr dissertasiya işini müdafiəetməlidirlər.

Proqramı müvəffəqiyyətlə mənimsəyən məzunlar Gömrük Komitəsində, Respublikadakı logistikmərkəzlərdə, Dəniz ticarət limanında, sənaye müəssisələrində, müasir irianbarlarda, məhsulların daşınması, qablaşdırılması, nəql edilməsi və s. üzrəmüəssisələrdə, bir sözlə bütün növ müəssisə və təşkilatlarda fəaliyyət göstərə bilərlər.