Viza məsələləri

Azərbaycan Texnologiya Universiteti təhsil almaq hüququ qazanmış müraciətçilərə Dəvət Məktubu yollayır. Onlar bu məktubla Azərbaycan Səfirliyi və ya Konsulluğuna müraciət etməlidirlər.


Bütün tələbələr Azərbaycana gəlmək üçün vizaya 3 ay əvvəldən müraciət etməlidirlər. Vizayla bağlı zəruri sənədlərin tam siyahısını müvafiq ölkədəki Azərbaycan Səfirliyindən əldə etmək lazımdır.


Əcnəbi tələbələr Azərbaycana gəlməzdən əvvəl üç aylıq tələbə vizasına baş vurmalıdırlar. Vizanın bitməsinə bir ay qalmış isə Azərbaycan ərazisində heç bir maneə olmadan 1 il yaşamağa - müvəqqəti yaşayış icazəsi üçün müraciət etməlidirlər. Xarici Əlaqələr Ofisi sizə miqrasiya kartının alınmasında köməklik edəcək.


Əlavə sualınız yarandığı təqdirdə Elm və xarici əlaqələr mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Sizə kömək etməkdən məmnunluq duyarıq.