Dil hazırlıq qrupu

Hazırlıq Qrupuna qəbul olmaq üçün tələb olunan sənədlər

  • Ərizə forması
  • Orta təhsili bitirmək haqqında sənədinnotariusda təsdiq edilmiş surəti – 1 ədəd
  • Pasportunsurəti  – 2 ədəd
  • 3X4 ölçüdə fotoşəkil – 8 ədəd
  • Tibbi arayış
  • QİÇS infeksiyasına yoluxmadığına  dairarayış
  • Tərcümeyi hal(CV

Azərbaycan Texnologiya Universiteti regionda ilk dəfə olaraq əcnəbilərin hazırlığını həyata keçirir.   Dil Hazırlıq qrupuna qəbul ilboyu həyata keçirilir və təhsil haqqı 1000 AZN təşkil edir. Lakin Universitet rəhbərliyinin qərarına uyğun olaraq təhsil haqqı dəyişə bilər.

UTECA-da təhsil almaq istəyən əcnəbi tələbələrin ilk olaraq UTECA-nın Xarici Əlaqələr şöbəsinə ([email protected]) müraciət etmələri lazımdır. Universitetin təşkil etdiyi Dil Hazırlıq Qrupunda əcnəbi vətəndaşlara müntəzəm dil kursları və ixtisasına uyğun fənlər tədris olunur. Hazırlıq qrupunu müvəffəqiyyətlə bitirən əcnəbi tələbəyə Təhsil Nazirliyi tərəfindən şəhadətnamə verilir və həmin tələbə bu şəhadətnamə ilə Azərbaycanda ali təhsilin müxtəlif səviyyələrinə müraciət edə bilər.