Beynəlxalq mübadilə

Müraciət şərtləri:

  • Tələbə bakalvr pilləsinin I kursunu, magistratura pilləsininI semestrini bitirmiş olmalıdır
  • Ümumi orta müvəffəqiyyət göstəricisi minimum 70 olmalıdır
  • Təhsil alacağı universitetdəki tədris dilini bilməlidir


UTECA-da mübadilə proqramı ilə təhsil amaq istəyən əcnəbi tələbələr universitetlər arasında ikitərəfli əməkdaşlıq müqaviləsi olduğu təqdirdə öz universitetlərinin və ya UTECA-nın Elm və xarici əlaqələr mərkəzinə müraciət edə bilərlər. Mübadilə proqramından yararlanmaq istəyən UTECA tələbələri isə UTECA-nın Elm və xarici əlaqələr mərkəzinə müraciət etməlidirlər. Tələbələr təhsil haqqını öz təhsil müəssisələrinə ödəyəcəklər. Tələbələri qəbul edən universitetlər heç bir ödəniş haqqı tələb etməyəcəklər. Səyahət, yaşayış, sağlamlıq, sığorta və digər xərclərə görə tələbə özü məsuliyyət daşıyır.