ELMİ KONFRANSLARIN KEÇİRİLMƏSİ

"Qida və yüngül sənayenin aktual problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans 2019-cu il, 26-27 aprel tarixlərində keçirilib.Konfrans  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunub. İki gün davam edən konfransın təşkilatçıları sırasına Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Mingəçevir Tekstil Fabriki də daxildir. Beynəlxalq Konfransın açılış mərasimi “Ramada Plaza Gəncə”  otelində baş tutub. Beynəlxalq tədbirdə Cənubi Koreya, Gürcüstan, İran, Pakistandan elm adamları, Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand, Pakistan Milli Bankının (NBP) Bakı filialının rəhbəri Xan Zar Vali, Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, AMEA, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), ABAD, İqtisadiyyat Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), bir sıra universitet və kolleclərin, “Portof Baku”, eləcə də ölkənin bir çox aparıcı istehsal müəssisələrinin rəhbər və nümayəndələri iştirak ediblər. Plenar iclasda çıxış edənlər kadr hazırlığı, yeni texnologiyalar, istehsal dövriyyəsinin avtomatlaşdırılması, mövcud texniki alətlərin, qablaşdırmanın təkmilləşdirilməsi, qəza şəraitinin minimuma  endirilməsi və s. kimi məsələlərə toxunaraq qida və yüngül sənayenin ən vacib məsələləri, aktual problemlərini gündəmə gətiriblər, həlli yolları müzakirə edilib, təcrübə mübadiləsi aparılıb, mövzuya aid məruzə və tezislər dinlənilib.Beynəlxalq konfransın məcmuələr toplusuna İran, Gürcüstan, Rusiya, Cənubi Koreya, Efiopiya, Pakistan, Zimbabve, Belarus, Burundi, Fələstin, Trinidad və Tobaqo, Kanada, Almaniya, Macarıstan, Qırğızıstan, Vyetnam, Mərakeş, Salvador, Portuqaliya da daxil olmaqla 20 ölkədən 200-ə yaxın tezis daxil edilib.

II Milli Sənaye Mühəndisliyi Forumu. 2018-ci il, 5 may tarixində Müştəriyə Yönəlmə Proqramı çərçivəsində keçirilib. Azərbaycan Texnologiya Universiteti, Bakı Mühəndislik Universiteti və Lean Consulting şirkətinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq statuslu forum Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunub. Bu formun keçirilməsinə stimul verən önəmli amillərdən biri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanıilə təsdiq edilmiş Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanıninkişafına dair Strateji Yol Xəritəsi, Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsidir. Forumun təşkil olunmasında başlıca məqsəd sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən peşəkərları bir araya toplayaraq sənayenin müxtəlif perspektivləri üzrə fikir mübadiləsi aparmaq, yerli və beynəlxalq təcrübələrdən faydalanmaq olub. Forum ərzində UTECA ilə KOSİA arasında əməkdaşlıq memorandumu, eləcə də UTECA ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq haqqında niyyət sazişi imzalanıb. Sazişdə UTECA-da Texnologiya transfer ofisinin yaradılması nəzərdə tutulub.

"Ali təhsildə maliyyə və sahibkarlıqfəaliyyətləri: Problemlər və perspektivlər" mövzusunda konfrans 2017-ci il, 30aprel  tarixində keçirilib. UTECA, ADA Univeristeti və ABŞ Təhsilli Azərbaycan Məzunları Birliyi ilə birgə reallaşan konfrans Bakıda plenar iclasdan sonra növbəti gün işini Gəncədə davam etdirib. UTECA-da təşkil olunan panellərdə yüksək səviyyəli mütəxəssislərlə yanaşı Müştəriyə Yönəlmə Proqramı çərçivəsində fəaliyyət göstərən müəssisə və şirkətlərin nümayəndələri də iştirak ediblər. Beynəlxalq ekspertlərin qatıldığı konfransda ali təhsil müəssisələrində alternativ maliyyələşmə yollarına çox sayda məruzələr dinlənilib. Panellərdə müzakirələr xüsusi istiqamətlər üzrə aparılıb. Konfrans çərçivəsində UTECA ilə Honkonqun Henqsenq Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memorandum UTECA-nın Davamlı İnkişaf Mərkəzi ilə Henqsenq Universitetinin Korporativ Davamlılıq Mərkəzi arasında əməkdaşlıq əlaqələrinin yaradılmasını nəzərdə tutur.

"Urbanizasiyalı sənayeləşmə şəraitində mədəniirsin və biomüxtəlifliyin qorunması" adlı beynəlxalq elmi-praktik konfrans 2017-ci il, 29-30 aprel tarixlərində baştutub. Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunan konfransda yerlivə beynəlxalq elm adamları şəhərləşmə və sənayeləşmənin geniş vüsət aldığı zamanda mədəni zənginliklər və təbii ehtiyatların mühafizəsi məsələlərini müzakirə ediblər, mövzuya aid məruzə və tezislər dinlənilib. Almaniya, Cənubi Koreya, Vyetnam, Rusiya, Ukrayna, Türkiyə və Gürcüstan nümayəndələri konfransın işində fəal iştirak ediblər. Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, Koreyanın İnformasiya Texnologiyaları Sənayesinin Təşviqi Agentliyinin nümayəndəsi Soo Hyun Rhee, Türkiyənin Yıldız Teknik Universitetinin prorektoru Mehmet Engin Deniz, Acarıstan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini Suliko Beridze, Rusiyanın Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun şöbə müdiri Afaq Mədətzadə, UNEC-in Elm şöbəsinin müdiri Zahid Məmmədov və digər çıxışçılar da mövzunun aktuallığına diqqət çəkiblər. Konfrans 8 paneldə fəaliyyət göstərib. Konfransın məcmuəsi iki hissədən ibarət olmaqla 242 tezisi əhatə edib. Dinlənilən məruzələrin sayı isə 100-ü keçib.

"Urbanizasiya və sənayeləşmə şəraitində biomüxtəlifliyin qorunması" adlı beynəlxalq elmi-praktik konfrans 2016-cı il, 22-23 oktyabr tarixlərində keçirilib. Göygölün yaranmasının 877 illiyinə həsr olunan konfrans elə bu nadir təbiət incisinin qoynunda - Göygöldə baş tutub.Azərbaycan Texnologiya Universiteti və İstanbul Texniki Univesitetinin birgə təşəbbüsü ilə reallaşan tədbirin təşkilatçıları arasında Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Gəncə ŞİH-də olub. Konfransda respublikamızın nüfuzlu universitetlərinin rəsmiləri və tanınmış alimləri, eləcə də 10 xarici ölkədən 30-dan artıq elm xadimi iştirak edib. Konfrans “IDEA” İctimai Birliyinin “Azərbaycanın 9 möcüzəsi” adlı layihəsi çərçivəsində çəkilmiş “Göygöl Milli Parkı” sənədli filminin nümayişi ilə başlayıb. İstanbul Universitetinin rektoru Mahmut Ak, Azərbaycan Dövlət İqtisad Universitetinin(ADİU) rektoru Ədalət Muradov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı, eləcə də xarici ölkələrdən gəlmiş bir sıra elm xadimləri də çıxışlarında biomüxtəliflik və ekoloji sabitliyin qorunmasının əhəmiyyətindən danışıb, bu sahədə müntəzəm əməkdaşlığın zəruriliyini diqqətə çatdırıblar. Sonda beynəlxalq konfransın adından qətnamə qəbul olunub. Qətnamədə biomüxtəlifliyin qorunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, kompleks elmi-tədqiqat işlərinin aparılmasında əməkdaşlığın təşkili, ekoloji təhlükəsiz texnika və texnologiyaların tətbiqinin genişləndirilməsi və ekoloji mədəniyyətin yüksəldilməsi istiqamətində təbliğat işlərinin gücləndirilməsi kimi məsələlər nəzərdə tutulub.

V Qafqaz İqtisadi Forumu. 2016-cı il, 21maytarixində Azərbaycan Texnologiya Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət İqtisad  Universitetinin birgə təşkilatçılığı iləkeçirilib. Azərbaycan Dövlət İqtisad Universitetinin Quba rayonunda yerləşənTədris, idman və istirahət kompleksində baş tutan forumun müzakirə mövzusu iqtisadiyyatın mövcüd reallıqları və Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyası nəzərə alınaraq “İqtisadi Böhran Kontekstində İxracın Stimullaşdırılması” olub. İqtisadiyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsinin Akademiyası, ADA Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Quba rayon İcra Hakimiyyəti,"Veysəloğlu" şirkətlər qrupu, millət vəkilləri təqdimatçılar sırasında yer alıb. Müzakirələrdə bir çox dövlət qurumu və özəl sektorun nümayəndələri, mütəxxəsislər və elm adamları da iştirak ediblər. Forumun yekununda dövlət qurumlarına təqdim etmək üçün, əldə edilən nəticələrlə bağlı təkliflər paketi hazırlanıb.

"Boloniya təhsil prosesində universitet-sənaye əlaqələrinin müasir problemləri" mövzusunda beynəlxalq simpozium 2016-cı il, 30 aprel - 1 may tarixlərində keçirilib.  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93–cü ildönümünə həsr olunmuş tədbirdə 7 ölkədən 165 elm xadimi, ictimaiyyət nümayəndələri və rəsmi qonaqlar iştirak ediblər. Simpoziumun təşkilatçıları Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Texnologiya Universiteti olub. Beynəlxalq tədbir müxtəlif sənaye sahələrinə həsr olunan 8 bölmədə təşkil olunub. Qida məhsulları texnologiyası, standartlaşdırma və ekspertiza, istehlak mallarının texnologiyası, rabitə və informasiya texnologiyaları, maşınqayırma, metallurgiya və sənayenin digər sahələrinə aid müzakirələrin aparıldığı bölmələrdə bir daha yüksək ixtisaslı kadr hazırlığı prosesinin müasi rproblemləri və onların həlli yolları müzakirə edilib.

"Kreativ sənaye texnologiyalarının tədrisi və tətbiqi" mövzusunda müəllim və tələbələrin beynəlxalq elmi-praktik konfransı 2015-ci il, 7-8 may tarixində keçirilib. Ümumimilli lider Heydər Əliyevin anadan olmasının 92–ci ildönümünə həsr olunmuş konfransda 200-ə yaxın məruzə dinlənilib,12-dən çox xarici ölkə nümayəndələrinin heyəti qəbul edilib. Konfrans materialları əvvəlcədən kitab şəklində nəşr edilib. Konfransın təsisçiləri Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Texnologiya Universiteti olub.