ECAR

ECAR layihəsi -  “Azərbaycanda Rektorlar Konfransının yaradılması” 

1.     Adı və məqsədi

Azərbaycanda Rektorlar Konfransının yaradılması layihəsinin əsas məqsədi Azərbaycanda Rektorlar Konfransının yaradılması ilə universitetlər və digər tərəfdaşlar arasında sıx əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə nail olmaqdır. 2021-2024-cü illəri əhatə edən bu layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilən Erasmus+ KA2- potensialın artırılması layihəsidir. ECAR milli layihə olmaqla təhsilin beynəlmilliləşməsi, həmçinin rəqəmsal və innovativ iqtisadiyyatda ali təhsil müəssisələrinin rolunu artırmaq məqsədilə universitetlərarası əlaqələrin təmin olunmasına dəstək verəcək. 

Eyni zamanda, konfrans Azərbaycan ali məktəblərinin beynəlxalq aləmdə təmsil olunmasına zəmin yaradacaq, yerli universitetlərin təhsil proqramlarının beynəlmiləlləşməsinə və universitetlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə əsaslı dəstək olacaq.

2.     Əməkdaşlıq edilən şirkət və ya dövlət qurumu

 Bakı Biznes Universitetinin kooordinatorluğu ilə icra olunan layihədə xarici tərəfdaşlar olaraq Fransa Rektorlar Konfransı və Fransa Milli Təhsil Nazirliyinin qurumu olan CIEP təşkilatı, Polşa Rektorlar Konfransı, Belçikadan idarəetmənin inkişaf etdirilməsi sahəsində Avropanın ən böyük təşkilatlarından biri olan EFMD təşkilatı, İsveçdən Kral Texnologiya Universiteti, Litvadan Mykolos Romerius Universiteti və əlaqəli tərəfdaşlar qismində isə Finlandiya, İspaniya, Portuqaliya və Litvanın Rektorlar Konfransı, yerli tərəfdaşlar olaraq isə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texnologiya Universiteti, Bakı Mühəndislik Universiteti, Naxçıvan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Odlar Yurdu Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Avrasiya Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, Xəzər Universiteti, Azərbaycan Universiteti olmaqla, 15 Azərbaycan universiteti yer almışdır. Böyük Britaniyanın Middlesex Universiteti, İspaniyanın Alicante Universiteti və İsveçin KTH Kral Universiteti layihənin əsas aparıcı tərəfdaşlarıdır və layihənin Azərbaycandan olan tərəfdaşları Təhsil Nazirliyi, Gəncə Dövlət  Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Kooperasiya Universiteti və Mingəçevir Dövlət Universitetidir.

3.      Layihənin dəyəri və maliyyələşdirmə mənbəyi

 Layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilir və Erasmus+ potensialın artırılması proqramı çərçivəsində həyata keçirilir.

4.     Əldə olunan nəticələr

Layihə yekununda Azərbaycanda Rektorlar Konfransının yaradılması nəzərdə tutulmuşdur. Hazırda bu istiqamətdə layihənin ilk ili üzrə fəaliyyət planına uyğun işçi qrupu yaradılmış, Azərbaycan ali təhsil müəssisələrinin mövcud vəziyyətinin araşdırılması məqsədilə hədəf qrupları olan menecerlər, tələbələr, akademik heyət, məzun və tərəfdaş müəssisələr arasında genişmiqyaslı sorğular keçirilmiş və nəticədə sorğuların təhlili prosesinə başlanılmışdır.