Yarandığı gündən bəri universitetdə müxtəlif sahələri əhatə edən yüksək ixtisaslı kadrlar hazırlanıb. Gəncə şəhər İcra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev, Quba şəhər İcra hakimiyyətinin sabiq başçısı Mübariz Ağayev, Bakı Dəniz Akademiyasının sabiq rektoru texnika elmləri doktoru Rasim Bəşirov, sabiq millət vəkili Rauf Qurbanov, yüngül və yeyinti sənaye sahələrində rəhbər vəzifələrdə çalışmış Nizami Məmmədov, Rakif Məmmədov, Vəkil Məmmədov, Mirsiyab Mehralıyev, Çərkəz Ağayev, Nazim Şirinov, Qətibə Zeynalova, Elşən İsgəndərov, Məhərrəm Əliyev və başqaları Azərbaycan Texnologiya Universitetinin məzunlarıdır. Universitetin bir çox məzunları hazırda respublikamızda məsul vəzifələrdə uğurla çalışırlar.
Sambo üzrə dördqat dünya, Avropa və respublika çempionu Hakim Nəzərəliyev, sambo və cüdo üzrə ikiqat dünya və Avropa çempionu, bir neçə beynəlxalq yarışların qalibi və səkkizqat respublika çempionu Araz Muxtarov, sambo üzrə dünya, Avropa və respublika çempionu Şahmuraz Qasımov, karate üzrə Avropa çempionu, iki dəfə dünya çempionatının mükafatçısı, dünya kubokunun qalibi, ABŞ-ın açıq çempionatının qalibi, əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim, Gəncə şəhər Olimpia İdman Kompleksinin direktoru Sahib Rzayev, kiqboksinq üzrə dünya və Avropa çempionu Maqsud Allahverdiyev, kiqboksinq üzrə bir neçə beynəlxalq yarışların qalibi, qızıl kəmər sahibi, ikiqat Avrasiya və respublika çempionu Fərhad Daşdəmirov, güləş üzrə müxtəlif beynəlxalq yarışların mükafatçısı və respublika çempionu Bəhruz Hüseynov, cüdo üzrə Avropa və respublika çempionu Tural Abbasov, güləş üzrə respublika çempionları Tural Əliyev, Mobil Musayev, Adil Əliyev, kiqboksinq üzrə respublika çempionu Azər Aslanov, dama üzrə respublika çempionu Pərviz Quliyev, boks üzrə respublika çempionu Elnur Rəhimov, armreslinq üzrə respublika çempionu Rəşad Namazov, yüngül atletika üzrə respublika çempionu Ruslan Əliyev, “Neftçi” Bakı, “Kəpəz” Gəncə futbol klublarında və Azərbaycanın yığma komandasında çıxış edən və “Kəpəz” futbol komandasının baş məşqçisi olmuş Mehman Allahverdiyev, “Neftçi” Bakı futbol klubunda SSRİ və Azərbaycan yığma komandalarında çıxış edən Maşallah Əhmədov və Yunis Hüseynov, “Dinamo”Kirovabad (Gəncə) və “Neftçi” Bakı komandalarında çıxış etmiş Arzu Mirzəyev kimi görkəmli idmançılar da Azərbaycan Texnologiya Universitetinin məzunlarıdır.