CRENG

Azərbaycan Texnologiya Universiteti Avropa Birliyi tərəfindən maliyyələşdirilən Nəqliyyat xidmətlərində risk və böhran mühəndisliyi(CRENG) layihəsinin icrasına başlanıb.

2021-ci ilə qədər davam edəcək layihədə UTECA-dakı mövcud magistr proqramlarından birinin layihəyə uyğunlaşdırılması nəzərdə tutulub. Bunun üçün ən çox uyğun gələn nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi ixtisasının tədris proqramı müvafiq olaraq layihənin təlim proqramına uyğunlaşdırılacaq. Həmin ixtisasda təhsil alan magistrantlara layihəyə uyğun 16 fənnin tədrisini isə CRENG-in UTECA komandasına daxil olan müəllimlər həyata keçirəcəklər. Bunun üçün layihənin ilk ilində komandaya üzv müəllimlər üç xarici ölkədə - Almaniya, Fransa və Polşada müvafiq təlimlərə cəlb ediləcəklər.

Layihə çərçivəsində nəzərdə tutulan fəaliyyətlər:

  • İnnovativ tədris və təlim yanaşmaları və ECTS daxil olmaqla yeni təcrübə yönümlü, tələbə yönümlü MA proqramı "CRENG" hazırlamaq, tətbiq etmək və akkreditasiya etmək
  • CRENG layihəsinin əhatə etdiyi bölgədəki universitetlər arasında əməkdaşlığı artırmaq
  • CRENG" yeni MA proqramının yenidən işlənməsi, cari tədris proqramının yenilənməsi
  • “CRENG” MA proqramının yeni tədris metodologiyası üzrə AB universitetlərində akademik müəllimlərin yenidən hazırlanması
  • 9 partnyor universitetdə yeni "CRENG" MA proqramının tətbiqi və akkreditasiyası
  • Beynəlxalq layihələrə əsaslanan öyrənmənin həyata keçirilməsi: təlimatların hazırlanması və AB-nin partnyor universitetlərinin akademik müəllimləri üçün ixtisasartırma kurslarının keçirilməsi
  • Davamlılıq Strategiyasının hazırlanması və həyata keçirilməsi. CRENG xidmət ofisləri şəbəkəsinin və veb əsaslı platformanın yaradılması
  • Keyfiyyət Planının hazırlanması və daxili və xarici layihələrin qiymətləndirilməsi