Bəs siz Təhsil Tələbə Krediti Fondundan yararlanmısınız?
Təhsil haqqı xərclərinizi ödəməkdə çətinlik çəkirsinizsə Təhsil Tələbə Krediti Fondunun yaratdığı imkandan yararlanın!
İllik 2 və 6 %-lə Təhsil Tələbə Krediti (TTK) alın, geri ödəməyə isə təhsilinizi bitirdikdən 2 il sonra başlayın.
Qeyd: Tələbənin göstəricilərinə əsasən aldığı kredit FAİZSİZ ola bilər, eləcə də ayrılmış kreditin 25 və 50 %-dən azad ola bilər. Eyni zamanda sosial TTK üzrə ÜOMG-si 71 bal və yuxarı olan, standart TTK üzrə isə ÜOMG-si 91 bal və yuxarı olan borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır.
Geri ödəmə dövrü başlamadan faiz hesablanmır!
Sosial TTK üzrə:
Aşağıdakı şərtlərdən biri ödənildikdə tələbə sosial TTK almaq hüququnu qazanır.
► Tələbə ünvanlı dövlət sosial yardım alan ailənin üzvü olduqda;
► III dərəcə əlilliyi olduqda;
► Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıdakı kateqoriyaların hər hansı birinə aid olduqda:
✓ I və II dərəcə əlilliyi olan şəxslər;
✓ işsiz kimi qeydiyyatda olanlar;
✓ yaşa görə əmək pensiyaçıları;
✓ yaşa görə sosial müavinət alanlar.
QEYD: Sosial TTK-nə son semestrdə ÜOMG-si 71-dən aşağı olan tələbələr müraciət edə bilər.
Standart TTK üzrə:
Tələbə sosial TTK üçün uyğun olmadıqda standart TTK-ya uyğunluğu yoxlanılır. Aşağıdakı şərtlər ödənildikdə tələbə standart TTK almaq hüququnu qazanır.
► Birinci tədris ilinin ilk semestrində (yarımilində) oxuyan tələbələr üçün:
• tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olduqda:
✓ bakalavriat səviyyəsi üçün 300-700 bal aralığı;
✓ magistratura səviyyəsi üçün 50-100 bal aralığı;
• illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödədikdə.
► Digər semestrlər (yarımillər) üçün:
• tələbənin ÜOMG-si/aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olduqda;
• illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödədikdə.
Təhsil Tələbə Kreditinə müraciət üçün tələb olunan sənədlər:
Ərizə (istənilən notariusdan almaq mümkündür);
Son semestr üzrə ÜOMG;
Doğum haqqında şəhadətnamə (foto şəkil);
Valideynlərin şəxsiyyət vəsiqələrinin Fin kodu;
Cari tədris ilində İllik təhsil haqqının ödənilmiş hissəsi (məbləğ);
Son semestr üzrə akademik borc olmamalıdır.
Əlavə sual yaranarsa Tədris şöbəsinə müraciət etməyiniz xahiş olunur.
Telefon: (+994)22 257 08 83
Email: [email protected]
Təhsil tələbə kreditinə müraciət üçün rəsmi sayt: www.e-ttkf.edu.az
Təhsil tələbə krediti fondu ilə əlaqə üçün whatsapp nömrəsi: (+994)51 206 78 48