images

 

 

Dünyada hər bir xalq  görkəmli şəxsiyyətləri və dövlət xadimləri ilə tanınır. Onlar xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirir.  Ölkəmiz bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim ön planda olub. Ölkəmizdən çox-çox uzaqlarda şöhrət tapmış  dövlət xadimləri,  siyasətçilər, uzaqgörənliyi ilə tanınan müdrik şəxsiyyətlər haqqında söz düşəndə ilk növbədə dahi şəxsiyyət ümummilli lider Heydər Əliyevin adı çəkilir.

 

Ümumilli lider Heydər Iliyev müasir bəşər tarixində iki müxtəlif ictimai-siyasi quruluşda hakimiyyət zirvəsinə yüksəlməyə nail olmuşdur və ömrünün sonuna kimi siyasi və  yenilməz mübarizə aparmışdır. Ulu öndər bu ölkənin qurulmasının, yaradılmasının, sabitliyinin, firavanlığının müəllifidir.

 

Ulu öndər hakimiyyətə gəldiyi andan hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl, məqsədyönlü və konkret strategiyaya əsaslanan islahatları həyata keçirməyə başladı. İlk günlərdən cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görən Heydər Əliyev həyata keçirməyi nəzərdə tutduğu islahatlar strategiyasına uyğun olaraq ilk növbədə dövlətin təməlini möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanaraq qəbulunu vacib bildi. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyada əksini tapan mütərəqqi prinsiplər Azərbaycanda hüquqi islahatların aparılmasına hərtərəfli zəmin yaratdı.

 

1995-ci ildən imzalanan əvf fərmanları və Amnistiya Aktları da dövlətin insan amilinə yüksək dəyər verdiyini təsdiqləyir. Bu günədək  imzalanan 45 əfv fərmanı əsasında  on minlərlə məhbus cəzaçəkmədən azad edilib.

 

Demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının inkişafı istiqamətində də ulu öndər Heydər Əliyevin  atdığı addımlar danılmazdır, xüsusilə KİV-lərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, o cümlədən jurnalistlərin peşə səviyyəsinin yüksəldilməsi və hüquqlarının qorunması üçün bütün zəruri addımlar atılmış və tədbirlər həyata keçirilmişdir.

 

Kadr potensialının yaxşılaşdırılması üçün nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılması üçün ümumilli lider bir çox tədbirlər reallaşdırmışdır. Bu məqsədi uğurla həyata keçirmək üçün Heydər Əliyev hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoymuşdur. O dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərilmiş, hər il xaricə 800 tələbə yola salınmışdır. 

 

Ümumi təhsildəki ən ciddi yeniliklərdən biri yeni əlifbaya keçilməsi - latın qrafikalı əlifbanın reallığa çevrilməsi idi. Heydər Əliyevin "Bizim bu günümüz, gələcəyimiz məhz latın əlifbası ilə bağlıdır" - tarixi çağrışı təhsil sistemində özünün tam həllini tapıb.

 

Keçən hər bir il bir daha təsdiq edir ki, sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış ümummilli lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb.

 

Arzu ƏSGƏROV

Azərbaycan Texnologiya Universitetinin assistenti