Azərbaycan Texnologiya Universitetində (UTECA) 1 iyun tarixindən start götürən yaz semestrinin imtahan sessiyası davam edir.
Tələbələrin biliyi test, yazılı və şifahi qaydada qiymətləndirilir.
Sessiya ərzində İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. İndiyədək komissiyaya 150-yə yaxın müraciət daxil olub.
İmtahan prosesi 2 iyuladək davam edəcək.