“Bir” Tələbə - Könüllü Proqramı

Azərbaycan Texnologiya Universitetində “Bir” Tələbə - Könüllü Proqramında iştirak edəcək tələbələrlə görüş keçirilib.

Proqramın rəhbəri Canoğlan İlyasov 1-ci kurs tələbələrinə təqdimatında bildirib ki, “Bir” Tələbə-Könüllü Proqramı ölkənin siyasi və iqtisadi inkişafında böyük rol oynayan tələbə-könüllü işini sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli layihədir. Azərbaycanda mötəbər idman yarışları və mədəniyyət tədbirləri gələcəkdə də davam edəcək və həmin tədbirlərdə “Bir” Tələbə - Könüllü Proqramı çərçivəsində tələbə könüllülərin iştirakı nəzərdə tutulur. Layihə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Masallı və Lənkəran şəhərlərində fəaliyyət göstərən 21 ali təhsil və 16 orta ixtisas təhsil müəssisəsini əhatə edir. Hazırda “Bir” Tələbə - Könüllü Proqramına 23 mindən çox tələbə cəlb olunub. Görüşdə qeyd olunub ki, ölkədə könüllülərin fəaliyyəti vahid məlumat bazasında sistemləşdirilir və tələbənin könüllü olaraq dövlət əhəmiyyətli tədbirlərdə iştirakı gələcək karyeraya müsbət təsir edir.

“Bir” Tələbə - Könüllü Proqramının mahiyyətini əks etdirən videoçarxlar izləndikdən sonra tələbələrin sualları cavablandırılıb. Tədbir maraqlı oyun və müsabiqələrlə davam edib.

 

95 прочитано