UTECA Texnoparkının məhsulları konsulun marağına səbəb olub

Gürcüstanın Gəncədəki Baş Konsulu Nikoloz İaşvili və Vitse-Konsul Teimuraz Sanadze Azərbaycan Texnologiya Universitetində olub. Konsul UTECA-da gedən imtahanları izləyən zaman prossesin obyektiv və şəffaf təşkil edildiyini vurğulayıb. Nikoloz İaşvili  Texnologiya Universitetində Gürcüstan vətəndaşları da təhsil aldığını qeyd edərək və müşahidə etdiyi münbit şəraiti yüksək qiymətləndirib. Sonra qonaqlar rektorla dəyirmi masa ətrafında görüşərək təhsil əməkdaşlığı, tədrisin vəziyyəti, gələcək planlar barədə müzakirələr aparıblar. Texnologiya Universiteti ilə bağlı təəssüratlarını bölüşən konsul universitet-sənaye əlaqələrinin əhəmiyyətini qeyd edib, bu hədəfin yaxşı gələcək vəd etdiyini bildirib: “Universitetinizin özünəməxsus məhsulları var və bu təqdirəlayiq haldır. UTECA Texnoparkının məhsulları arasında isə gön-dəri məlulatları, şərab məhsulları, müasir tədris mərkəzi daha çox diqqətimi çəkdi. İxtisaslarınız isə perspektivlidir - bu günün, eləcə də sabahın kadr tələblərini əhatə edir”.

 

 

 

356 dəfə oxunub