Ailəsi aprel şəhidinin məzunu olduğu UTECA-da

 

Universitetin rektoru, professor Akif Süleymanov ailə ilə görüşdə Texnologiya Universitetinin Rəşadla daim fəxr etdiyini bildirib. Rektor Rəşada verilən tərbiyə üçün onun valideynləri Şakir və Fərqanə Niftəliyevlərə təşəkkür edib, Rəşadın şəhidlik zirvəsinin həm də universitetin vətənpərvər gənclər yetişdirdiyinin bariz nümunəsi olduğunu qeyd edib. Akif Süleymanov əlavə edib ki, UTECA növbəti ayda Rəşadın adına həsr olunmuş turnir təşkil edəcək və universitet şəhid məzunun xatirəsini əbədi yaşadacaq, onun şücaətini bütün nəsillərə ötürəcək. 
Şəhidin valideynləri, qardaşı Tural Niftəliyev və nənəsi Səlimə Abbasova, eləcə də Rəşada dərs deyən müəllimlər onunla bağlı xatirələrini bölüşüblər.
Görüş zamanı rektor universitet əməkdaşları olan texnoloqların UTECA-nın toxuculuq laboratoriyasında Rəşadın şərəfinə ərsəyə gətirdikləri portret xalçanı ailəsinə təqdim edib.

194 dəfə oxunub