CRENG-in növbəti təlimləri Fransada keçirilib

CRENG-in növbəti təlimləri Fransada keçirilib

Azərbaycan Texnologiya Universitetinin (UTECA) əməkdaşları "Nəqliyyat xidmətləri üçün böhran və risk mühəndisliyi (CRENG)" Erasmus+ KA2 layihəsi çərçivəsində Fransada təşkil olunan təlimlərə qatılıblar.  CRENG-in UTECA üzrə koordinatoru Orxan Vətənxah, komanda üzvləri Nofəl Hacıyev, Fəridə Verdiyeva və Nicat Qəzənfərli Fransanın Valensien şəhərində yerləşən Hauts De Frans Politexnik Universitetində bu ali təhsil ocağının müəllimləri tərəfindən keçilən dəsrlərdə iştirak ediblər. Bundan başqa onlar layihəyə daxil olan fənlər üzrə fəaliyyət göstərən laboratoriyaların işi ilə də tanış olublar. 

Təlimlərdə həmçinin layihəyə uyğun olaraq UTECA-da təsis ediləcək nəqliyyat logistikası magistr proqramı üzrə tədris olunacaq fənlərin məzmunu, sillabusları, kurikulumu və tədris vəsaitləri ilə bağlı məsələlər də müzakirə edilib. 

Təlimin sonunda universitetimizin əməkdaşlarına sertifikat təqdim olunub. 

 

63 dəfə oxunub