Oturaq təlim prosesləri və iş şəraiti sağlamlığı zədələyir!

İnsanın psixo-fizioloji tələblərini nəzərə almadan qurulan təlim prosesləri və iş şəraiti sağlamlığı zədələyir!

Elmi araşdırmalar göstərir ki, məktəbi bitirənlərin yalnız 2-15%-i tam sağlam olur.

Oturaq təhsil və ofis işi müddətində yaranan ilkin sağlamlıq problemləri:

  • Görmə qabiliyyətinin pozulması
  • Qamət problemlərin yaranması
  • Normal fiziki inkişafın pozulması (cılızlaşma/piylənmə/alçaqboyluluq)

Həll yolu:
Gigiyenik normalar gözlənilməklə təhsil texnologiyalarının, dərs və iş şəraitinin insanın psixo-fizioloji tələblərinə uyğunlaşdırılması.

Göz və qamət:

  • Düz səthli masa görmə qabiliyyətini pozur və beli əyir!
  • Masaların səthi insanın günəş kələfi səviyyəsində boya uyğunlaşan olmalıdır.
  • Oxu və yazı zamanı səth ilə göz arasında məsafə 30-35 sm olmalıdır. Buna görə oxu və yazı zamanı səth günəş kələfinə uyğun 16 dərəcə maillikdə olmalıdır.
  • İş səthinin işıqlanma səviyyəsi 500 luks, otaqda işıqlanma rəngi 3000K (günəş rəngi) olmalıdlr.

Fiziki inkişaf, ürək-damar, sinir sistemləri:

  • Dərs və iş prosesi statik yox, dinamik şəraitdə, ayaq üstə təşkil olunmalıdır. Əks təqdirdə qan dövranı və bədən metabolizmi ciddi zəifləyir!
  • Oturaq vəziyyətdə sinir və qan damarları sıxılır, insanın skelet əzələlərinin 1/3 praktiki olaraq işləmir, orqanizmin qan təchizatı zəifləyir. Nəticədə, illər ərzində orqanizmin fizioloji inkişafı normal getmir və sağlamlığı pozulur!
  • Oturacaq daim oturmaq üçün yox, fasilələrlə dincəlmək üçün istifadə edilməlidir

Təhsilalanların və ofis işçilərinin sağlamlığının qorunması üçün mübarizəyə qoşul!

 

135 dəfə oxunub