UTECA-da beynəlxalq sertifikatı olan müəllimlər 50% daha çox məvacib alırlar

UTECA-da beynəlxalq sertifikatı olan müəllimlər 50% daha çox məvacib alırlar

Azərbaycan Texnologiya Universitetində (UTECA) elmi dərəcəsi və elmi adı olan professor-müəllim heyətinin vəzifə maaşı 15% artırılıb. Bu barədə universitetin rektoru, professor Akif Süleymanov əmr imzalayıb. Nəticədə cari tədris ilində universitetin professorlarının məvacibi 45% artıb. Qeyd edək ki, universitet Elmi Şurasının qərarı ilə 2019/2020-ci tədris ilinin noyabrında isə professorların əməkhaqqı 30% artırılmışdı.

Ali təhsil ocağında elmi dərəcəli və gənc əməkdaşların sayı ilbəil artır. Hazırda universitetdə 53 gənc müəllim fəalliyyət göstərir. UTECA-da IELTS beynəlxalq sertifikatına malik müəllimlər aylıq əməkhaqqının 50%-i miqdarında əlavə məvacib alırlar.

Hazırda Azərbaycan Texnologiya Universitetində 2700 tələbə təhsil alır və yeni tədris ilindən universitetin bütün heyətinin əmək haqqında növbəti artımların olacağı gözlənilir. Bu addımlar ölkə prezidentinin apardığı sosial islahatlara uyğun olaraq universitet əməkdaşlarının rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsinə hesablanıb.

 

205 dəfə oxunub