Azərbaycan Texnologiya Universitetində dezinfeksiya işlərinə başlandı

Azərbaycan Texnologiya Universitetində dezinfeksiya işlərinə başlandı

Azərbaycan Texnologiya Universitetində dezinfeksiya işlərinə start verilib. Bununla bağlı rəhbər işçilərdən ibarət operativ ştab yaradılıb. Bütün korpuslar, o cümlədən auditoriyalar, laboratoriyalar, xidməti və dərs otaqları, zirzəmilər xüsusi maddələrlə dezinfeksiya edilir, təmizlik aparılır. İşçi heyətin 70%-i sanitar-təmizlik işlərinə cəlb olunub. Sabah isə universitet gücləndirilmiş rejimdə, aidiyyatı qurumların mütəxəssisləri tərəfindən Koronavirus (COVİD-19) infeksiyasına qarşı kompleks dezinfeksiya olunacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatına əsasən sözügedən virusla bağlı 3-9 mart tarixlərində bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Məlumatda qeyd edilir ki, bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur.

208 dəfə oxunub