UTECA-da mütəxəssislər tərəfindən dezinfeksiya işləri aparılıb

UTECA-da mütəxəssislər tərəfindən dezinfeksiya işləri aparılıb

6 tədris korpusu, inzibati bina, idman zalı, tələbə yataqxanası, tələbə avtobusu dezinfeksiya edildi

Azərbaycan Texnologiya Universitetinin tələbələr üçün nəzərdə tutulan avtobus, akt zalları, auditoriyalar, laboratoriyalar, təlim mərkəzləri, dərs və iş otaqları, sanitar qovşaqlar, zirzəmilər mütəxəssislər tərəfindən dezinfeksiya edilib. 6 tədris korpusu və inzibati bina dezinfeksiya edildikdən sonra, işlər universitetin idman zalında davam etdirilib. Burada da bütün bölmələr diqqətdə saxlanılıb. Daha sonra əks-epidemik tədbirlər universitetin yataqxanasında aparılıb. Bir neçə aydır tələbələrin istifadəsinə verilən yataqxana da kompleks şəkildə mütəxəssislər tərəfindən dezinfeksiya edilib. 

Dezinfeksiya işlərini icra edən mütəxəssislər bildiriblər ki,  koronavirus havada uzun müddət qalıcı olmasa da, səthlərdə 9-12 saatadək qalıcılıq qabiliyyəti var. Koronavirusun digər viruslara nisbətən qalıcılıq müddəti isə azdır. Dezinfeksiya zamanı Türkiyə və İspaniya istehsalı yüksək keyfiyyətli dərman preparatlarından, xloramindən istifadə olunub. Səthlərdən asılı olaraq dərman məhsulları dəyişə bilir.

Qeyd edək ki, ölkə ərazisində koronavirusun yayılma təhlükəsinin qarşısının alınması məqsədilə təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. 

 

 

202 dəfə oxunub