UTECA-da video və canlı dərslər davam edir

UTECA-da video və canlı dərslər davam edir

Koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi üçün tədris prosesinin təxirə salınması ilə əlaqədar olaraq Azərbaycan Texnologiya Universiteti elektron dərslərin təşkilini həyata keçirir. 

Artıq bir müddətdir universitetin rəsmi uteca.edu.az Facebook və Instagram səhifələrindən mühazirələr canlı bağlantıyla nümayiş olunur. UTECA Official rəsmi YouTube səhifəsində isə videodərslər yerləşdirilir. Dərslər bütün kursları əhatə edir və proqram üzrə davam etdirilir.

 

 

 

305 dəfə oxunub