UTECA tədqiqatçıları ``Web of Science`` ətrafında topladı

UTECA tədqiqatçıları "Web of Science" ətrafında topladı

UTECA tədqiqatçıları "Web of Science" ətrafında topladı. Azərbaycan Texnologiya Universitetinin təşkilaçılığı ilə “Web of Science: Müasir alim üçün informasiya vasitələri” adlı təlim təşkil edilib.

Vebinarda, Gəncədə yerləşən ali təhsil ocaqlarının 300-ə yaxın tədqiqat potensialı, “Clarivate Analytics” şirkətinin Azərbaycan, Gürcüstan və Ukrayna üzrə nümayəndəsi Sevinc Cəfərova, təlimçi qismində isə şirkətin regional təhsil şöbəsinin direktoru Valentin Boqorov iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov bildirib ki, Azərbaycanda fəaliyyət göstərən elm və təhsil qurumları 2015-ci ildən etibarən “Web of Science” elmi platformasına çıxış əldə edib. Bu Azərbaycanın tədqiqatçı və alimlərinə dünyanın ən reytinqli və nüfuzlu elmi jurnallarına, konfrans materiallarına və monoqrafiyalarına çıxış əldə etmək imkanıyla yanaşı, alimlərimizin tədqiqat nəticələrinin dünya akademik ictimaiyyətinə çatdırılmasında bələdçi rolunu oynayır: “ Əas məqsəd alim və tədqiqatçılarımızın nüfuzlu elmi jurnallarda məqalə sayının artırılması, onların tədqiqatçı imic və reputasiyasının gücləndirilməsi və Azərbaycan elminin dünya səviyyəsində mövqeyinin yüksəldilməsindən ibarətdir. Hazırkı təlimin də əsas məqsədi “Web of Science” platformasının əhəmiyyəti və bu barədə təməl bilikləri alim və tədqiqatçılarımıza çatdırmaqdır”, - deyə rektor qeyd edib.

Vebinarda təlimçi, “Clarivate Analytics” şirkətinin regional təhsil şöbəsinin direktoru Valentin Boqorov “Web OF Science” elmi məlumat bazasının imkanları və effektiv istifadə qaydaları barədə məlumatlar verib. 2 saatdan çox davam edən təlimdə mütəxəssis uzun illərin təcrübəsinə əsaslanan bilik və bacarıqlarını iştirakçılara çatdırıb, Azərbaycan Texnologiya Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin və Gəncə Dövlət Universitetinin tədqiqatçılarının və digər elm adamlarının sullarını cavablandırıb.

 

 

177 dəfə oxunub