UTECA növbəti beynəlxalq layihədə

UTECA növbəti beynəlxalq layihədə 

Azərbaycan Texnologiya Universiteti Avropa Komissiyası tərəfindən təşkil olunan Erasmus+ KA2 - potensialın artırılması layihələrindən daha birində iştirak edəcək. Avropa komissiyası tərəfindən maliyyələşdiriləcək “Azərbaycanda Rektorlar Konfransının yaradılması” – ECAR adlı  layihə 3 il müddətində həyata keçiriləcək. 

Layihənin əsas məqsədi Azərbaycanda Rektorlar Konfransının yaradılması və bununla da universitetlər və digər tərəfdaşlar arasında sıx əməkdaşlığın yaradılmasına və inkişaf etdirilməsinə nail olmaqdır. ECAR milli layihə olmaqla təhsilin beynəlmilliləşməsi, həmçinin rəqəmsal və innovativ iqtisadiyyatda ali təhsil müəssisələrinin rolunu artırmaq məqsədilə universitetlərarası əlaqələrin təmin olunmasına dəstək verəcək. Layihənin koordinatoru Bakı Biznes Universitetidir. 

          Beynəlxalq layihənin xarici tərəfdaşları Fransa Rektorlar Konfransı və Fransa Milli Təhsil Nazirliyinin qurumu olan CIEP təşkilatı, Polşa Rektorlar Konfransı, Belçikadan idarəetmənin inkişaf etdirilməsi sahəsində Avropanın ən böyük təşkilatlarından biri olan EFMD təşkilatı, İsveçdən Kral Texnologiya Universiteti, Litvadan Mykolos Romerius Universitetidir və əlaqəli tərəfdaşlar qismində Finlandiya, İspaniya, Portuqaliya və Litvanın Rektorlar Konfransı yer almışdır. 

84 dəfə oxunub