UTECA 50: 100-ə yaxın əməkdaş təltif edilib
Azərbaycan Texnologiya Universitetinin 50 illiyi münasibətilə 100-ə yaxın əməkdaş təltif edilib.
Onlardan 4 nəfəri – prof. Akif Süleymanov, prof. Əhməd Məlikov, dosentlər Nazim Vəliyev və Hamlet Kəsəmənli Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 19 nəfəri Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunublar.
70-dən çox əməkdaş isə UTECA-nın 50 illiyi münasibətilə I və II dərəcəli medallara layiq görülüblər.
Mükafatların az bir qismi əməkdaşlara universitetdə, iş rejimində təqdim edilib. Digər heyətin mükafatları isə sərt karantin rejimi tələbləri nəzərə alınmaqla yaşadıqları ünvanlara çatdırılıb.