Qazi məzunumuza diplomu verildi

Qazi məzunumuz Fizuli Balakişizadə diplomunu götürmək üçün universitetimizdə olub.

Menecment ixtisasımızın bu ilki məzunu Talış kəndinin, Suqovuşanın işğaldan azad ounmasında iştirak edərək 14 oktyabrda gedən şiddətli döyüşlərdə yaralanıb.

Hazırda müalicəsi davam edən Fizuli Prezidentin sərəncamıyla “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

115 dəfə oxunub