Qış imtahan sessiyası ilə bağlı yekun imtahan keçirilib

Qış imtahan sessiyasına hazırlıq işlərinin yekunu ilə bağlı iclas keçirilib. Dekan və kafedra müdirlərinin iştirak etdikləri iclasda rektor, professor Akif Süleymanov bildirib ki, pandemiyayla bağlı olaraq artıq ikinci semestrdir ki, imtahanlar onlayn təşkil edilir. Ötən ilin yaz imtahan sessiyası rəqəmsal qaydada müvəffəqlə icra edilmişdi. Cari sessiya isə daha da təkmilləşdirilərək Microsoft Teams proqramı üzərindən həyata keçiriləcək. Vətən müharibəsi dövrü və pandemiya günlərində universitet mümkün qədər onlayn dərsləri davam etdirib, tələbələrin iştirakı və davamiyyəti üçün səy göstərib. İmtahan sualları tələbələrə bir ay əvvəldən verilib, tələbələrin hazırlaşması üçün sualların əlçatanlığı təmin edilib. 

Çıxışlarda qeyd olunub ki, 11 yanvardan start götürəcək imtahanlarda 2122 əyani, 551 qiyabi, 208 magistr olmaqla ümumilikdə 2881 tələbə iştirak edəcək. Proses 11 fevral tarixində yekunlaşacaq. İmtahanların obyektiv qiymətləndirilməsilə bağlı attestasiya komisiyası fəaliyyət göstərəcək. 

Rektor professor-müəllim heyətinin yaxından iştirak edəcəyi imtahanlarda kollektivə uğurlar arzu edib, tapşırıq və tövsiyyələrini verib.   

151 dəfə oxunub