Nizami Gəncəvi pannosu bərpa edilib

 

Nizami Gəncəvi pannosu bərpa edilib

 

UTECA-da Nizami Gəncəvinin şəklinin əks olunduğu mozaik panno bərpa edilib. Qida mühəndisliyi fakültəsinə aid korpusun fasadında əks olunan mozaik panno 30 il əvvəl həkk edilib.

Pannonun önündəki şam ağacları universitetin həyətində başqa əraziyə köçürülüb, yerində isə dekorativ yaşıllıq olacaq. Freskanın üzərindən tökülən daşlar yenisilə əvəz edilib. 2021-ci ilin Nizami ili olduğunu tarixdə yaşatmaq, gələcək nəsillərə ötürmək üçün mozaika ilə 880 yazısı qeyd edilib.

Dahi filosof Nizami Gəncəvi pannosunun eskizi mərhum rəssam Tahir Abbasova məxsusdur. Memari isə Tahir Məmmədovdur.

Sənət əsərinin ərsəyə gəlməsində Texnologiya Universitetinin mərhum dosenti, Gəncədə Rəssamlar İttifaqının keçmiş rəhbəri Qalib Bağırovun da əməyi olub. Pannonun hazırlanmasında istifadə olunan materiallar o dövrdə Qalib Bağırovun həm də baş rəssam kimi çalışdığı Gəncə Farfor Zavodunda hazırlanıb.

Tarixi çox qədimə dayanan mozaika sənətindən ibarət əl işi 2,5 aya ərsəyə gəlib. Hündürlüyü 7 metrdən çox, eni isə 5 metrdən artıqdır.

55 dəfə oxunub