“Bayraktar”ın yaradıcısı Selçuk Bayraktar “Qarabağ ordeni” ilə təltif edib

“Bayraktar”ın yaradıcısı Selçuk Bayraktar “Qarabağ ordeni” ilə təltif edib

Azərbaycan Prezidenti Selçuk Bayraktarı “Qarabağ ordeni” ilə təltif edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib.

Görüş zamanı dövlətimizin başçısı “Baykar” şirkətinin istehsal etdiyi məhsulların torpaqlarımızın azad olunması zamanı düşmən texnikasının məhv edilməsindəki rolunu qeyd edib, Selçuk Bayraktarın “Qarabağ ordeni” ilə təltif edildiyini bildirib və ordeni Selçuk Bayraktara təqdim edib.

Bu yüksək mükafata görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Selçuk Bayraktar deyib: “Həqiqətən də bu, mənim üçün böyük bir qürur və şərəfdir”.

42 dəfə oxunub