Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılacaq

Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılacaq

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılacaq. Prezident İlham Əliyev buna dair fərman imzalayıb.

Fərmanda Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”ni on beş gün müddətində yaratmaq tapşırılıb.

Fərmanın ikinci bəndində Mərkəzin elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılmasını, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını həyata keçirən, innovativ inkişafın, o cümlədən startap layihələrin dəstəklənməsinə xidmət edən, elmi tədqiqatların nəticələrinin kommersiya və qeyri-kommersiya məqsədilə istifadəsi üçün transferinə, həmçinin bu nəticələrdən gəlir əldə etməyə yönəldilən, müştərilərə texnologiyaların və layihələrin hədəf bazarlarına çıxarılması xidmətlərinin göstərilməsində, bu sahədə fəaliyyətin əlaqələndirilməsində iştirak edən publik hüquqi şəxs kimi müəyyən olunması qeyd edilir.. Prezident İlham Əliyev buna dair fərman imzalayıb.

 

25 dəfə oxunub