Şagirdlər UTECA ixtisasları ilə tanış olublar

Şagirdlər UTECA ixtisasları ilə tanış olublar

Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsi Gəncə şəhər 28 saylı orta məktəbin 10 və 11 ci sinif şagirdləri və müəllimlərinin iştirakı ilə onlayn görüş keçirib. İki saat davam edən görüşdə Azerbaycan Texnologiya Universitetinin rektor müşaviri, millət vəkili Müşviq Cəfərov, fakültə dekanı Nüşabə Hacıyeva, kafedra müdirləri Mamed Urkayev, Xalidə Ağayeva, Könül Vəliyeva şagirdlərə kafedraların fəaliyyəti, universitet və ixtisaslar haqqında geniş məlumat veriblər. 

Görüşdə gənc müəllimlər tərəfindən ayrı - ayrı ixtisaslar üzrə hazırlanmış və Facebook, Instagram sosial şəbəkələrində paylaşılmış posterlər haqqında şagirdlərə məlumatlar verilib, UTECA ixtisaslarına dair məlumatların əlçatanlığı üçün baş vura biləcəkləri elektron resurslar təqdim edilib. Eyni zamanda İqtisadiyyat və idarəetmə fakültəsi tərəfindən təşkil olunmuş Virtual məktəb layihəsində iştirak üçün şagirdlərə müraciət ünvanlanıb. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

99 dəfə oxunub