AzerGold mütəxəssisi UTECA tələbələrinə seminar keçib

AzerGold mütəxəssisi UTECA tələbələrinə seminar keçib

"AzerGold QSC"-nin təşkilatçılığı ilə Azərbaycan Texnologiya Universitetinin tələbələrinə adıçəkilən müəssisənin Sağlamlıq və əməyin təhlükəsizliyi şöbəsinin müdiri Rüfət Əliyev tərəfindən “İstehsalat və xidmətin təşkili zamanı sağlamlığın qorunması və təhlükəsiz iş şəraitin yaradılması” mövzusunda seminar keçirilib. 

Seminar ZOOM platforması üzərindən onlayn qaydada həyata keçirilib. Seminarda tələbələrlə yanaşı universitetin professor-müəllim heyəti də iştirak edib. 

Tədbirin sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandırıllb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

65 dəfə oxunub