``AzerQold`` QSC UTECA tələbələrinə seminar keçib

"AzerQold" QSC UTECA tələbələrinə seminar keçib

Azərbaycan Tecnologiya Universitetinin “Müştəriyə Yönümlü Proqram” çərçivəsində iri istehsal müəssisələri ilə əməkdaşlığı davam edir. Bu çərçivdə "AzerQold" QSC müəssisəsi tərəfindən gələcək potensial əməkdaşları ola biləcək tələbələrimizə “İstehsalat və xidmətin təşkili zamanı yanğın təhlükəsizlik qaydalarına riayət edilməsi” mövzusunda seminar keçirilib.

Seminarda əsasən metallurgiya mühəndisliyi və kimya mühəndisliyi ixtisaslarının tələbələri iştirak ediblər. Tədbirdə UTECA tələbələrinin çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, yaxın günlərdə "AzerQold" QSC mütəxəssislərinin tələbələrimizə qızıl hasilatı mövzusunda daha iki seminarının təşkili nəzərdə tutulub.

40 dəfə oxunub