Universitet reytinqi məsələlərinin əsas problemləri yerli və xarici elm adamlarını bir araya gətirib

Universitet reytinqi məsələlərinin əsas problemləri yerli və xarici elm adamlarını bir araya gətirib

Azərbaycan Texnologiya Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr edilmiş “Universitet reytinqi məsələlərinin əsas problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.

Konfransın bu gün təşkil olunan plenar iclasında Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Adil Tağıyev, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Milli Məclisin deputatları Eldar İbrahimov, Müşfiq Cəfərov, Türkiyə YÖK Keyfiyyət Şurasının sədri Müzəffər Almaz, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin sədri Hüseyn Böyükfırat, “AzerCold” nümayəndəsi Valid Əliyev, PortBaku-Bakı beynəlxalq Dəniz-Ticarət limanı katibliyi rəhbəri Babək Məmmədov, Azəralüminium kimi bir sıra aparıcı istehsalat müəssisələrinin, Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin, Azərbaycan, eləcə də xarici universitetlərin nümayəndələri, elm adamları iştirak ediblər.

Tədbirə universitetin Tədris işləri üzrə prorektoru Vüqar İsmayılov moderatorluq edib. O, tədbir iştirakçılarını Azərbaycan Texnologiya Universitetilə bir daha tanış etdikdən sonra konfransın mövzusunun müsir tələblərdəndən irəli gələrək seçildiyini və bu baxımdan tədbirin məhsuldar olacağına ümid etdiyini vurğulayıb.

Daha sonra söz millət vəkili Eldar İbrahimova verilib. Deputat çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinə qayğısından, xidmətlərindən danışıb. Azərbaycan Texnologiya Universitetinin də məhz ümummilli lider tərəfindən qoyulduğuna diqqət çəkən parlamentari Heydər Əliyevin təhsil siyasətinin bu gün də uğurla davam etdirildiyini deyib.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramından danışıb. Bildirib ki, layihə əsasən iki istiqamətdən ikili diplom proqramlarının təsis olunması və dünyanın ən nüfuzlu 500 universitetində azərbaycanlıların doktorantura təhsilinin maliyyələşdirilməsindən ibarətdir. Həmin mütəxəssislər yaxın illərdən etibarən Azərbaycan elminə, təhsilinə töhfə vermis olacaqlar.Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Adil Tağıyev Gəncə təhsilinin nailiyyətlərindən danışıb.

Rusiya, İsveç, Çənubi Koreya, İngiltərə, Bosniya və Hersoqovina, Kabarda-Balkariya, Qazaxıstan olmaqla 8 dən çox xarici ölkənin elm adamlarının qatıldığı tədbirdə çıxışçıların məruzələri əsasən universitetlərin reytinq sistemi məsələlərini əhatə edib.
Türkiyə YÖKAK rəhbəri Müzəffər Almaz isə çıxışında Türkiyə universitetlərinin bu sahədə təcrübələrini bölüşüb, slaydlar və statistik göstəricilər təqdim edib, mövzunun aktuallığına, reytinqin beynəlxalq indekslərinə diqqət çəkib.

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin sədri Hüseyn Böyükfırat universitet-sənaye əməkdaşlığının reytinq məsələlərinə verdiyi töhfələri vurğulayıb. O, Azərbaycan Texnologiya Universitetinin Texnoparkı ilə yaxından tanış olmaq istədiyini və UTECA Texnoparkına töhfələr verməyə hazır olduğunu bildirib.

Qazaxıstan Respublikasının Ş.Yessenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin vitse-prezidenti Timur İmankulov, İngiltərənin Middlesex Universitetinin Kompüter Elmləri üzrə proqram direktoru Georgies Dafoulas, İsveçin Linnaeus Universitetinin Ali təhsilin inkişafı bölməsində elektron təhsil üzrə baş mütəxəssisi Alastair Creelman, Kabardin Balkar Aqrar Universitetinin elmi işlər üzrə prorektoru Rüstəm Abdulxaliqov, Bosna və Hersoqovinanın Bihac Universitetinin professoru Ajna Jodanova, Kabardin Balkar Aqrar Universitetinin dosenti Fatimat Sultanova, Cənubi Koreyadan “World Friend Korea NIPA” məsləhətçisi Byung Chang Yull kimi xarici qonaqlar da konfransda maraqlı tezis və məruzələrlə çıxış ediblər. Mövzular əsasən universitet reytinqi məsələlərinin əsas problemlərini, bu konteksdə xarici əlaqələr faktorunu, reytinq göstəricilərini əhatə edib.

“AzerCold” nümayəndəsi Valid Əliyev UTECA ilə artıq 3 ildir davam edən əməkdaşlıqdan danışıb. Əməkdaşlığın istehsalat təcrübəsi, kadr hazırlığı və elmi araşdırma olmaqla 3 əsas istiqamət üzrə aparıldığını vurğulayan mütəxəssis bildirib ki, hədəfdə daha strateji nailiyyətlər var: "Bunlardan ən böyüyü Balakəndəki Filizçay layihəsidir ki, orada ümumilikdə 2029-cu ilə qədər 14 minə yaxın işçinin götürülməsi planlaşdırılır".

PortBaku-Bakı beynəlxalq Dəniz-Ticarət limanı katibliyi rəhbəri Babək Məmmədov Azərbaycanın tranzit imkanlarından, bu çərçivədə görülən genişmiqyaslı işlərdən danışıb.

Türkiyənin Atatürk Universitetinin İqtisadi və idari elmlər fakültəsinin dekanı, professor Kərəm Karabulut, Bakı Dövlət Universiteti, Universiteti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Gömrük Akademiyası, Texnologiya Universiteti, Turizm və Menecment Universiteti, İqtisad Universiteti, Lənkəran Dövlət Universitetinin nümayəndələri də konfransda çıxış edənlər sırasında olub.

Beynəlxalq konfransın məcmuələr toplusuna 10-a qədər ölkədən 150-yə yaxın tezis daxil edilib.

44 dəfə oxunub