“Azcloud ScaleUp” - startaplara dəstək proqramı başlayır.

“Azcloud ScaleUp” - startaplara dəstək proqramı başlayır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC "Azcloud ScaleUp" proqramına start verir. Proqramın məqsədi ölkədə əlverişli #rəqəmsal ekosistemin inkişafına töhfə verərək yeni ideyaların yaradılması, #innovativ sahibkarlığın təşviqidir.

Azərbaycanda potensialı olan startaplara bizneslərini etibarlı və davamlı şəkildə böyütməyə, #biznes cəmiyyəti və sifarişçilərlə ünsiyyət qurmağa yönələn “Azcloud ScaleUp” əsasən yeddi prioritet sahə – aqrar, təhsil, tibb, “ağıllı ölkə”, ekologiya, oyun və onlayn ticarət üzrə layihələrə dəstək göstərəcək.
“Azcloud ScaleUP” proqramına startaplarla yanaşı, tərəfdaş olmaq istəyən təşkilatlar və şirkətlər də müraciət edə biləcək.

 

83 dəfə oxunub