Texnoloqlar qalib oldular

UTECA komandası Gəncədə keçirilən mini-futbol turnirində qalib olub. YarışdaAzərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, GəncəDövlət Universiteti, Gəncə Tibb Kolleci və Gəncə Dövlət Regional Kolleci tələbələriöz qüvvələrini sınayıblar.
UTECA komandası ilk oyunda GDU tələbələrini 6:2 hesabı ilə məğlubedib. Komandamız final oyununda isə ADAU-nu yenən kollec tələbələri ilə üz-üzəgəlib. Məşqçi Fariz Əliyevin rəhbərliyi altında həlledici qarşılaşmada da inamlıtəsir bağışlayan gələcəyin texnoloqları bu dəfə də böyük hesabla qalib gəliblər5:1.
Yarışın sonunda qaliblər təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlətəltif olunub.
Qeyd edək ki, mini futbol çempionatı Yeni Azərbaycan Partiyası Gəncəşəhər təşkilatının təşəbbüsü ilə, Ümummilli lider Heydər Əliyevin anadanolmasının 96-cı ildönümü münasibətilə təşkil edilən şahmat turniri və stolüstütennis idmanı üzrə yarışdan sonra keçirilib.

 

28 dəfə oxunub